Polis Bakıda vətəndaşlar arasında profilaktik tədbirləri davam etdirir.
Rakus.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları könüllülərlə birlikdə paytaxt ərazisində vətəndaşlar arasında karantin qaydaları ilə bağlı profilaktik tədbirlər aparır.
Paytaxtın Dənizkənarı Bulvar, eləcə də “Tarqovı” kimi tanınan ərazilərində vətəndaşlara tibbi maskalar paylanıb.
Polis əməkdaşları vətəndaşlara gigiyena qaydalarına ciddi raiyət etməyi, dezinfeksiyaedici məhlullardan istifadəni tövsiyə edib.