Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Azərbaycan polisinin koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ön cəbhədə olmasından, onların öz səhhətlərini təhlükəyə ataraq vətəndaşlarımızın sağlamlığının keşiyini çəkməsindən bəhs edən növbəti videorolik hazırlanıb.
Rakus.az xəbər verir ki, yeni videoçarx polisin fədakar xidmətinə və yardımsevərliyinə həsr olunub.