Dünya 11.12.2019 08:33

Pompeo və Lavrov müzakirələr apadılar

Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Rakus.az xəbər verir ki, Pompeo ilə Lavrov arasındakı danışıqlar, ABŞ-ın seçkisinə Rusiyanın müdaxiləsindən Ukrayna və Suriyadakı silahlı qarşıdurmalara qədər müxtəlif mövzularda fikir ayrılıqlarının yaratdığı ikitərəfli münasibətlərdəki gərginlik fonunda baş tutub.

Bundan əlavə, tərəflərin 2021-ci ilin fevralında başa çatacaq SHS-3 (strateji hücum silahları) müqaviləsinin əvəzlənib yenisinn hazırlanması üçün daha az vaxtı var.

Görüşün yekunu ilə bağlı Pompeo və Lavrov birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıblar.

M.Pompeo bildirib ki, ABŞ-Rusiya münasibətləri son illərdəkindən daha yaxşı olmalıdır: “Ölkə rəhbərləri artıq bunun üzərində işləyirlər”.

ABŞ dövlət katibi seçkilərə müdaxilədən də danışıb: “Hesab edirəm ki, seçkilərə müdaxilə qəbuledilməzdir. Əgər bu baş versə, o zaman ABŞ cavab tədbirləri görəcək. O ki qaldı bizim daxili işlərimizə qarışmağa, burada hər şey birmənalıdır. Mən açıq-aydın Rusiya ilə münasibətlərdə gözləntilərimizi bildirdim. Tramp administrasiyası seçkilərimizin məğzini müdafiə etmək üçün hər zaman işləyəcək”.

Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin görüşünü şərh edən ABŞ Dövlət katibi bu görüşü mənalı adlandırıb: “Biz Ukrayna barəsində uzun danışdıq”.

Pompeo rusiyalı həmkarı ilə Suriya və Əfqanıstan ətrafındakı vəziyyəti də müzakirə etdiklərini açıqlayıb.

Venesueladakı vəziyyətə toxunan ABŞ xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ölkəsi Rusiyadan Xuan Quaydonu Venesuela lideri kimi dəstəkləməyi xahiş edib: “Hələ ki Nikolas Maduro hakimiyyətdədir, Venesuelada problemlər davam edəcək. Biz Rusiya hökumətinə azad və ədalətli seçki keçirməsi üçün prezident Quaydoya və demokratiyaya dəstək vermələri xahişi ilə müraciət etdik”.

Mətbuat konfransında Rusiya və ABŞ arasında Şimali Koreyanın nüvə probleminin də müzakirə olunduğu vurğulanıb.

M.Pompeo ilə görüşdən sonra Rusiya XİN başçısı S.Lavrov ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşüb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS