Təhlil 29.05.2025 22:49

“Poqosyan: “Əsas plan Qərbi Azərbaycan muxtar vilayətinin yaradılmasıdır”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Tirana zirvəsindən sonra Qərbi Azərbaycan məsələsi tələb şəklində səslənir” adlı süjetdə  Qərbi Azərbaycana qayıdış məsələsinin  beynəlxalq gündəliyə daxil edilməsindən bəhs olunur.

Bildirilir ki, bu il mayın 21-də Ankarada keçirilən “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusundakı beynəlxalq konfrans tarixi torpaqlarımıza dönmək istiqamətindəki önəmli addımlardan biridir. Burada əsas məqamlardan biri Qərbi Azərbaycana qayıdışın beynəlxalq müstəvidə müzakirəsinin təşkil edilməsi və dünyanın diqqətinin məhz bu məsələyə yönəldilməsidir.  Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətdə Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəliyə daxil edildiyi, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsinin regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərt olduğu vurğulanır: “Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, “böyük Ermənistan” xülyası, həmin ölkənin Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Azərbaycan qayıdış məsələsi ilə bağlı Ermənistan rəhbərliyinin Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməsini gözləyir”.

Qeyd olunur ki, “Fakt” nəşrinin yazdığına görə, Azərbaycan sülh sazişini Ermənistan üçün arzuolunmaz şərtlər çərçivəsində imzalayacaq.

Erməni politoloq Beniamin Matevosyan, deputat Lilit Qalstyan, “APRİ Ermənistan” Analitik Mərkəzinin baş elmi işçisi Beniamin Poqosyanın fikrincə, Azərbaycan sülh sazişi üçün rəsmi şəkildə iki şərt irəli sürür: “ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi. Lakin digər tələbləri də var. Onlardan biri də azərbaycanlıların Ermənistana, yəni rəsmi Bakının dediyi kimi, Qərbi Azərbaycana qayıdışının təmin edilməsidir. Sonda Paşinyan Azərbaycanın təqdim etdiyi sənədi imzalayacaq. Tirana zirvəsindən sonra Qərbi Azərbaycan məsələsi tələb şəklində səslənir. Bakının əsas planı Qərbi Azərbaycan muxtar vilayətinin yaradılmasıdır. Gələn il Qərbi azərbaycanlıların qayıdışı reallaşa bilər”.

Diqqətə çatdırılır ki, geri qayıdacaq azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün xarici qüvvələrin cəlb edilməsi tələb olunacaq və Ermənistan bu şərtlərə əməl etmədiyi müddətdə sülh sazişi də imzalanmayacaq: “Ermənistanda qorxulara səbəb olan hadisələrdən biri də İrəvan Qazısının bərpa edilməsidir. Bu qərar Qərbi azərbaycanlıların qayıdışı strategiyasında mühüm addımlardan biridir və qayıdışın tezliklə reallaşacağına dair ümidləri daha da artırır”.

Sonda vurğulanır ki, Prezidentt İlham Əliyevin bəyan etdiyi kimi, Qərbi Azərbaycana qayıdış Ermənistana qarşı ərazi iddiası yox, beynəlxalq hüququn təmin edilməsidir: “Erənistanın bu reallıqla barışmaaqdan başqa yolu qalmayıb”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında mayın 29-da saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 31.05.2025 22:46
“Dədə Qorqud qoca yox, çox cavan şəxs olub” - VİDEO
Siyasi, Sosial / 30.05.2025 22:20
“Biz evi ermənilərlə dəyişmədik, satmadıq və halallıq vermədik” - FOTO - VİDEO
Mədəni, Sosial / 30.05.2025 13:22
“Ermənilərə halallıq vermədik” – Elməddin Cəfərovun “Həyat hekayəsi” – ANONS - VİDEO
Təhlil / 29.05.2025 22:49
“Poqosyan: “Əsas plan Qərbi Azərbaycan muxtar vilayətinin yaradılmasıdır”
Siyasi / 29.05.2025 14:57
Bakının İrəvandan tələbi … – ANONS
Mədəni / 28.05.2025 22:15
“Ermənilərin Qərbi Azərbaycanda saxta arxeoloji əməliyyatları” - VİDEO
Mədəni / 28.05.2025 14:09
Protürklər Qərbi Azərbaycanda yaşayıb – ANONS - VİDEO
Gündəm / 28.05.2025 00:02
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Siyasi, Sosial / 27.05.2025 22:49
Aşağı Ağbaş, Aşağı Ağdan, Aşağı Ağ Körpü, Aşağı Ağcaqala – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 18:30
“Ermənilər Qafqazda imperiya siyasəti nəticəsində meydana çıxdı” - VİDEO
Sosial / 27.05.2025 14:42
Çarın türk yurdunda erməni əməliyyatı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 13:22
Qərb erməni yalanlarına inanmışdı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 26.05.2025 22:50
“Naxçıvana pənah gətirən soydaşlarımıza Afiyəddin Cəlilov böyük dəstək oldu” - VİDEO
Elm və təhsil / 24.05.2025 22:48
“Tanrı ilə əlaqə quran şəxs Kam adlanır” - VİDEO
Siyasi, Sosial / 23.05.2025 22:17
“Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər” - FOTO - VİDEO
Sosial / 23.05.2025 13:22
“40 ildir kəndim üçün darıxıram” – Mübariz Qənbərovun “Həyat Hekayəsi” - VİDEO
Sosial / 23.05.2025 11:49
Hümbət Hüseynov: “Şəffaflıq baxımından bildirişlərinin elektron qaydada verilməsi zəruridir”
Siyasi, Təhlil / 22.05.2025 22:56
Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb - VİDEO
Siyasi / 22.05.2025 13:50
Ermənistan boşaldılır – ANONS - VİDEO
Siyasi / 21.05.2025 22:31
“Kreml onların boyunlarından tutub Azərbaycana təhvil verdi ki, orada namaz qılsınlar” - VİDEO
Siyasi / 21.05.2025 14:22
Ermənistan avaralar ölkəsinə çevrilib – ANONS - VİDEO
Siyasi, Sosial / 20.05.2025 22:32
Açıxlı, Acıbac, Acılu – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 20.05.2025 19:48
“Hind mədəniyyəti əsasən müsəlman-türk mədəniyyətinin irsidir” - VİDEO
Siyasi, Sosial / 20.05.2025 14:22
Ermənilərin ölü kəndə çevrdiyi türk yurdu – ANONS
Müsahibə, Siyasi / 20.05.2025 13:45
“Türkiyəsiz Yaxın Şərqdə sülh mümkün deyil” – ANONS
Müsahibə, Video müsahibə / 19.05.2025 22:40
“Azərbaycanlıların 52 faizi yenidən Qafana qayıtmışdı” - VİDEO