Postlar ləğv edilməyib – BDYPİ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində postların ləğv edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Rakus.az xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev hazırda rayonlararası yollarda müxtəlif stasionar postların olduğunu deyib.
Onun sözlərinə görə, aprelin 19-dan təşkil edilmiş bir neçə əlavə postlar var ki, onlar da hazırda fəaliyyət göstərir:
“Əsasən də paytaxtın inzibati ərazisinə giriş-çıxışına nəzarət eləyən postlardır. Amma Bakı şəhərində bu postlar müxtəlif yerlərdə və müxtəlif vaxtlarda yerləri dəyişdirilir. Şərtlərdən aslı olaraq, bəzən bir küçədə, bəzən də digər küçədə və yol ayrıclarında postlar quraşdırılır. Postların ləğv edilməsi hələlik tezdir”.