YENİLƏNDİ: Prezident baş direktoru qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovu qəbul edib.
Rakus.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan tərəfinin Rusiya Dəmir Yolları ilə əməkdaşlıqdan məmnunluğunu bildirərək, Oleq Belozyorovun ölkəmizə səfərinin əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Azərbaycanla Rusiyanın dəmir yolu sahəsindəki imkanları gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı şərait yaradacaq. Rusiyadan Azərbaycan vasitəsilə tranzit yüklərin artdığını qeyd edən dövlətimizin başçısı bu sahədə yeni addımların atılacağına əminliyini ifadə etdi.
Azərbaycan Dəmir Yolları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini deyən “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov bu ilin birinci rübündə daşımaların həcminin 25 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirdi. Dəmir yolu sahəsində əlaqələrin inkişafına iki dövlət başçısının daim dəstək verməsinin böyük önəm daşıdığını qeyd edən qonaq tranzitin təşkili və yeni marşrutların müəyyən edilməsinin ölkələrimizin iqtisadi inkişafına öz töhfəsini verdiyini bildirdi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
11:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovu qəbul edib.