Elm və təhsil 09.07.2025 22:04

“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Azərbaycan adına e.ə 8-7əsrlərdə rast gəlinir” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə tarix elmləri doktoru, professor  Abbas Seyidov Qafqazda Azərbaycan türklərinin formalaşması tarixindən danışıb.

O bildirib ki, Azərbaycan adına e.ə 8-7əsrlərdə rast gəlinir. Prototürklərin ilk yaşayış məskənləri Urmiyə, Qərbi Azərbaycan və Şərqi Anadolu ərazisində tapılır.

Onun sözlərinə görə, Qafqazda Azərbaycan türklərinin formalaşması e.ə 3-cü minillikdən başlayıb: “Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir. Azıx adamı bu bölgənin qədim sivilizasiya məskəni olduğunun sübutudur”.

İspaniya rəssamı Salvador Dalinin Azərbaycana işarə verən  əsərinin gizli mesajından söz açan A.Seyidov deyib ki, onun məşhur rəsmində yaranışın əsası Azərbaycan göstərilir: “Avropadakı Albaniyanı Qafqazdan gedən albanlar yaradıblar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 9-da saat 20:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO
Sosial / 01.07.2025 14:35
Çarın erməniləşdirdiyi yaşayış məskəni – ANONS - VİDEO
Mədəni / 01.07.2025 13:22
Zəngəzurda deşifrə edilmiş rəmzlər – ANONS - VİDEO
Müsahibə / 01.07.2025 10:22
“Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər” - VİDEO
Siyasi, Təhlil / 26.06.2025 23:11
“Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan “Turan”a qoşulur” - VİDEO
Siyasi / 26.06.2025 14:26
Ermənistan “Turan”a qoşulur – ANONS - VİDEO
Elm və təhsil / 25.06.2025 22:13
“Vikinqlər Azərbaycan ərazisindən köçən prototürklərin davamçılarıdır” - VİDEO
Elm və təhsil / 25.06.2025 13:49
“Etrusk yazıları türkcədir” – ANONS
Siyasi, Sosial / 24.06.2025 22:09
Aşağı Qarakoymaz, Aşağı Qaraçimən, Aşağı Qarxın – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi / 24.06.2025 19:00
“İndiki İrəvanın gerbindəki rəmzlər İrəvan xanlığının bayrağından qəbul edilib” - VİDEO
Sosial / 24.06.2025 14:34
Qarxın tayfasının qurduğu yurd yeri – ANONS - VİDEO