Mədəni 20.07.2023 17:16

Publisist Araz Yaquboğlu AJB və AAB-a üzv qəbul edilib - FOTO

Araz Yaquboğlu Azərbaycan Jurnalistlər Birliyinə (AJB) və Azərbaycan Aşıqlar Birliyinə (AAB) üzv qəbul edilib.

Rakus.az xəbər verir ki,  bu barədə şair Aqşin Hacızadə sosial media səhifəsində paylaşım edib:

“Salam əziz və dəyərli dostlar, qohumlar. Bu gün aldığım çox sevindirici bir xəbəri sizinlə bölüşməyi və edəcəyim təbriki sizlərlə birlikdə ünvanına göndərməyi qərara aldım.  Belə ki,  20 ildən çox bir zamanda dəyərli araşdırmaları, elmi, publisistik, o cümlədən maraqlı xatirə yazıları ilə mütəmadi olaraq qəzet, jurnal, internet resurslarında çap olunan, onlarla kitabın müəllifi  və redaktoru, 2011-ci ildən “Laçın yurdu” jurnalının baş redaktorunun müavini,  “Laçın” döş nişanı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin Fəxri fərmanı və “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunmuş, o cümlədən də Azərbaycan dilində olan Vikipediyanın, Vikikitabın, Vikisitatın və Vikimənbənin idarəçisi olan, çox hörmətli Araz Yaquboğlu 12 iyul 2023-cü il tarixində Azərbaycan Jurnalistlər Birliyinə, 17 iyul 2023-cü il tarixində isə Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul edilmişdir. Birmənalı şəkildə qeyd edim ki, bu Araz müəllimin çoxdan haqq etdiyi bir addır. Bu mənada onu ürəkdən təbrik edir və ona yaradıcılığında yeni nailiyyətlər arzulayır, jurnalist  olaraq daha uca məqamlar diləyirəm.”

Aqşin Hacızadə eyni zamanda statusunda Araz Yaquboğlunu şeirlə də təbrik edib:

 

Təbrik üçün Yaquboğlu Arazı,

Sevincimiz qoşa gəlir bu günlər.

Zəhmətinə, zəkasına dəyər tək,

Qəlb oxşayır, xoşa gəlir bu günlər.

 

Şükür olsun, belə yazıb Yaradan,

Ömrə-günə sanki təzdən doğur dan.

Ard-ardına iki böyük uğurdan,

Şair könlüm cuşa gəlir bu günlər.

 

Ayrılma gəl bir an belə qələmdən,

Sən ilham al, yaz vətəndən, yaz eldən.

Günlər var ki, dəyərlidi yüz ildən,

Yaşa Araz, yaşa, gəlir bu günlər.

 

 

XƏBƏR LENTİ
Mədəni / 20.07.2023 17:16
Publisist Araz Yaquboğlu AJB və AAB-a üzv qəbul edilib - FOTO
Dünya, Siyasi / 20.07.2023 12:58
Qərbi azərbaycanlıların Vətənə dönüş ümidi – ANONS
Dünya / 19.07.2023 19:42
Adı 4 dəfə dəyişdirilib 4 rayona bölüşdürülən Loru mahalı - FOTO - VİDEO
Hadisə, Maraqlı / 19.07.2023 13:05
Loru mahalı necə erməniləşdirildi? – ANONS
Mədəni / 18.07.2023 19:49
“Göyçə xalçaçılığında “Çələbi” izi” - VİDEO
Hadisə / 17.07.2023 20:02
“Ermənilər 1918-ci ildə babama 8 güllə vurublar…” - FOTO - VİDEO
Maraqlı, Mədəni / 15.07.2023 20:20
Erməniləri 70 il qorxuda saxlayan Qursalı müəmması - VİDEO
Maraqlı, Səhiyyə, Video müsahibə / 14.07.2023 19:51
“Erməni azərbaycanlı tələbə həkimi əməliyyat zamanı qəsdən öldürdü” - FOTO - VİDEO
Səhiyyə / 14.07.2023 13:13
Göyçə həsrəti ilə yaşayan Şəmsi Abdullayevin həyat hekayəsi – ANONS
Dünya, Təhlil / 14.07.2023 10:00
Normallaşması prosesinin danışıqlardan keçdiyi aksiomdur – TƏHLİL
Gündəm, Siyasi / 13.07.2023 19:41
Rəsmi Bakının ermənilərə etibarlı təhlükəsizlik təminatı – ANALİTİKA - FOTO - VİDEO
Dünya, Təhlil / 13.07.2023 14:12
NATO sammiti – İsveçdən vəd, Türkiyədən razılıq – TƏHLİL
Gündəm, Siyasi / 13.07.2023 13:51
“Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaqlarmı? – ANONS
Dünya, Mətbuat, Video müsahibə / 12.07.2023 19:35
Ermənilər Qırxbulaq mahalına necə yerləşdirilib? - FOTO - VİDEO
Hadisə / 12.07.2023 13:45
Qırxbulaq mahalı – xəyanətin qurbanı – ANONS
Mədəni / 11.07.2023 20:05
Saral xalçasının mistik izahı, gizlədilmiş kodlar - FOTO - VİDEO
Dünya, Təhlil / 11.07.2023 10:09
Ermənilərin bütün hüquqlarının təmini Azərbaycandan keçir – TƏHLİL
Müsahibə, Video müsahibə / 10.07.2023 20:03
“Nüvədililər də öz döğma kəndinə qayıdacaqlar” - FOTO - VİDEO
Təhlil / 10.07.2023 10:02
Rəsmi İrəvana etimadın yaranmasını əngəlləyən ölkə – TƏHLİL
Dünya / 07.07.2023 19:53
“Mən öz torpağımın vətəndaşıyam”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Hadisə / 07.07.2023 14:19
Parisdə yaşayan Qərbi azərbaycanlı: “Güllübulağa qayıdacağıq” – ANONS
Dünya, Siyasi, Təhlil, Video müsahibə / 06.07.2023 19:36
Ermənistanı və erməniləri həqiqətə boyun əydirəcək plan - FOTO - VİDEO
Dünya, Siyasi / 06.07.2023 15:06
Ermənistanın barışıq çağırışlarına cavab verməməsinin sirri – ANONS
İdman / 06.07.2023 12:44
Azərbaycanlı futbolçu Orxan Fərəcov Polşada klubunu dəyişib - FOTO
Siyasi, Video müsahibə / 05.07.2023 19:41
Erməniləşdirilən Karbibasarda “yerləşdirmə əməliyyatı” - FOTO - VİDEO
Siyasi / 05.07.2023 14:53
Ermənilər Karbibasar mahalını necə parçaladılar? – ANONS - VİDEO