Putin Krıma səfərə gedir
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Krıma səfər edəcək.
Rakus.az xəbər verir ki, səfərin məqsədi bu Qara dəniz yarımadasının Ukraynadan ilhaqının 5-ci ildönümününü qeyd edilməsi ilə bağlıdır.
Kremlin bəyanatında deyilir ki, Putin Krım yarımadasının ən böyük şəhəri Sevastopolda olacaq.
Rusiyanın dövlət baçısı səfəri çərçivəsində yeni elktrik stasyasının açılışında iştirak etməli və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməlidir.
Putin iki gün keçirilən referendumdan sonra Krımın Rusiya ərazisinə keçirilməsinə dair sazişi 2014-cü ilin mart yının 18-də imzalayıb.
Beynəlxalq ictimaiyyət referendumun nəticələrini tanımayıb.
Rəsmi Kiyev və Qərb bu addımı anneksiya adalandırıb. Bundan əlavə, Rusiyaya qarşı sanksiyalar tətbiq edilməklə yanaşı, bu, Putinin vətənində populyarlığının artmasına səbəb olub.
Rusiyada martın 18-i rəsmən Krımın Rusiya ilə reyunifikasiyası günü elan edilib.