Putin səsverməni iyulun 1-nə təyin etdi
Rusiya prezidenti Vladimir Putin digər səlahiyyətlərlə yanaşı 2036-cı ilə qədər onun hakimiyyətdə qalmasına imkan verəcək konstitusiya dəyişiklikləri ilə əlaqədar ümummilli səsverməni iyulun 1-nə təyin edib.
Rakus.az xəbər verir ki, Putin qərarı iyulun 1-də keçiriləcək səsvermənin qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun həmsədrləri ilə görüşü zamanı elan edib.
Mərkəzi Seçki Komitəsinin sədri Ella Pamfilova prezidentin fikrini dəstəklədiyini bildirib və izdihamın olmaması üçün səsvermənin elan edilən rəsmi tarixdən yeddi gün əvvəl başlayacağını əlavə edib.
Pamfilova hansı bölgələrin olduğunu deməsə də, iki və ya üç bölgədə elektron səsvermə sisteminin tətbiq ediləcəyini bildirib.
Konstitusiyaya dəyişikliklər millət vəkilləri tərəfindən qəbul edilib və mart ayında Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib.
Ümummilli referendmumun aprelin 22-də keçiriləcəyi gözlənirdi, lakin koronavirusun yayılması səbəbi ilə səsvermə təxirə salındı.
Putinin tənqidçiləri onun konstitusiyaya dəyişiklikləri əvvəlki prezidentlik müddətini sıfırlamaqla, mövcud prezidentlik müddətinin 2024-cü ildə bitməsindən sonra daha 12 il hakimiyyətdə qalması üçün irəli sürdüyünü bildiriblər.
Putinin ikinci dönəm altı illik prezidentlik müddəti 2018-ci ildə başlayıb. Mövcud konstitusiya prezidentlərin ardıcıl olaraq iki dəfədən çox vəzifədə qalmasını qadağan edir. Lakin konstitusiyada edilən dəyişikliklər onun 2024-cü ildə ümumi prezidentlik müddətini beşinci, bəlkə də 2030-cu ildə altıncı dəfə uzadılmasına imkan verə bilər.