Rusiya Prezidenti Vladimir Putin Kommunarkada 40 saylı xəstəxanaya baş çəkib.
Rakus.az xəbər verir ki, onu həkimlər və tibb işçiləri tanımayıb.
Klinikanın baş həkimi Denis Protsenko məlumat verib ki, dövlət başçısı klinikada sarı qoruyucu kostyumda hərəkət edib:
“Prezidenti ancaq reanimasiya şöbəsində və qəbul bölməsində görən həkimlər, tibb bacıları sarı qoruyucu kostyumda olan adamın kimliyini axşam televiziya xəbərlərindən öyrəniblər”.
Ziyarət mart ayında, Rusiyada COVID-19 epidemiyası yayılmağa başlayanda baş verib. Həmin vaxt prezident baş həkimlə danışmış, pasiyentləri ziyarət etmişdi.
Bir neçə ay sonra – iyun ayının sonunda – Putin “qırmızı zona”ya etdiyi səfərin mənasını açıqlamışdı: “Hesabatlardan öyrənmək başqa, özün gəlib hər şeyə yerində baxmaq başqa. Mən prinsipcə nə baş verməsindən asılı olmayaraq, hər zaman bu cür hərəkət etmişəm”.
Onun sözlərinə görə, hamı bu qərara qarşı olub.