Hadisə 30.09.2019 12:29

YENİLƏNDİ: PX Eşqin Quliyevin vəfatının səbəbini açıqladı

Penitensiar Xidmət Gəncə hadisələrinə görə tutulan şəxsin həbsdə ölməsi faktı ilə bağlı növbəti açıqlama yayıb.

Rakus.az xəbər verir ki, Xidmətdən verilən məlumatda bildirilir ki, 25.07.2018-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.10, 120.2.11, 29, 120.2.1, 29, 120.2..3, 29, 120.2.7, 29, 120.2.10, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.1, 228.3, 228.4, 234.1, 277, 278.2, 281.2, 315.2-ci  maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Quliyev Eşqin Zahid oğlu 09.08.2018-ci il tarixdə Penitensiar xidmətin Bakı İstintaq təcridxanasına daxil olub. Tibbi müayinədən keçirilmiş E.Quliyev “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya.  Diareya” diaqnozu ilə ixtisaslı müayinə və müalicə məqsədilə Penitensiar xidmətin Müalicə Müəssisəsinə keçirilib. Müalicəsi yoluxucu xəstəliklər şöbəsində aparılıb.

E.Quliyev 27.09.2019-cu il tarixdə “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Baş-beyin ödemi. Dərin koma” diaqnozu ilə intensiv terapiya şöbəsinə köçürülüb.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 29.09.2019-cu il tarixdə saat 15:20 radələrində E.Quliyev müalicə aldığı şöbədə “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya. Baş-beyin ödemi. Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı” diaqnozu ilə vəfat edib.

 

10:39

Penitensiar Xidmət məhkum Eşqin Quliyevin ölməsi faktını təsdiqləyib.

Rakus.az xəbər verir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, Quliyev Eşqin Zahid oğlu Penitensiar Xidmətin tabeliyində olan müəssisəyə daxil olduğu gündən onda bir sıra infeksion viruslu xəstəliklər müəyyən edilib: “O, müəssisədə intensiv müalicə kursu keçib. Bütün müalicə tədbirlərinə baxmayaraq, Eşqin Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində İİV infeksiyası 4 mərhələ, Viruslu Hepatit C, Anemiya, Baş-beyin ödemi, Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqnozları ilə vəfat edib”.

Mehman Sadıqov qeyd edib ki, Hazırda E.Qulieyin meyiti prokurorluq tərəfindən məhkəmə tibbi ekspertizadan keçirilir, daha sonra məhkumun meyiti yaxınlarına təhvil veriləcək.

Qeyd edək ki, E.Quliyev “Gəncə hadisələri” zamanı həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS