Dələduzluqda və rüşvət vərməkdə günahlandırıldığı üçün Çindən ABŞ-a qaçan əmlak milyarderi Quo Venquyun başına daha bir iş gəlib.
Rakus.az xarici KİV-lərə istinadla xəbər verir ki, ona məxsus olan göydələn “Alibaba”da dəyərindən 10 dəfə ucuz – 734 milyon dollara satılıb. Yeni sahibi “Yucheng Zhiye” adlı şirkət olan bina 39 mərtəbədən ibarətdir.
Xatırladaq ki, milyarderin bütün əmlakına 2016-cı ildə həbs qoyulub.