Mədəni 20.06.2023 19:50

“Qaçqın düşən xalçaçılıq: Hallavar ilmələri” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Hallavar xalçası: didərgin elin yurd salnaməsi” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Pəmbək mahalının Qarakilsə rayonunun (indiki  Quqark) Hallavar kəndi haqqında məlumat verilir: “Pəmbək, yəni “pambıq” anlamını verdiyi üçün, uzaqdan, yuxarıdan baxanda sanki bir pambıq dağlarını xatırladır. Hallavar kəndi dağların arasında, dərədə qurulmuş ecazkar bir yurd idi. Kəndin ortasından axan Pəmbək çayı bu təbiətə rəngarənglik verməklə bərabər, eynən onun xalçalarına və həyat tərzinə də rəngarənglik verirdi”.

Bildirilir ki, Pəmbək mahalı, xüsusən də Hallavar kəndinin yerləşdiyi strateji əhəmiyyətli nöqtə və ətrafının Azərbaycan mahalları ilə zəngin olması erməni millətçilərinin hər zaman diqqətində idi: “1918-ci il qanlı hadisələrində erməni quldur, cinayətkar dəstələri bu ərazidə, bu dağlarda soyqırım törətdilər. Çox keçmədi ki, 1948-1953-cü il köçürülməsi buradakı əhalinidən də yan keçmədi və öz təsirini göstərdi. Kəndləri boşaltmaq, ziyalıları oradan uzaqlaşdırmaq, düşünən, düşünməyi bacaran, inkişaf etmək istəyən hər bir insanı oradan perik salmaq, uzaqlaşdırmaq əsas hədəf idi və Hallavar tədricən bir qəribsəmə hiss edirdi. 1988-ci ildə azərbaycanlılar oradan birdəfəlik deportasiya olundular”.

Verilişdə Hallavarın kənd təsərrüfatı, təbiəti onun  xalçalarına xüsusi çalarlar və rənglər bəxş etdiyi vurğulanır: “Bu rənglər içində, əlbəttə ki, əhatə etdiyi insanların gördüyü gözəllik və eyni zamanda, tez-tez gedib-gəldikləri Borçalı, Qazax  elinin istər ornamentləri, istər naxış, rəng kompozisiyası fəal iştirak edirdi. Amma çox ciddi  şəkildə demək olar ki, Anadolu xalçaçılıq məktəbinin xüsusən rənglərin həllində bura təsiri var idi. Bəzi hallarda Orxon-Yenisey qrafikasında istifadə olunan hərflərin özündən naxışlar yaradıb, bəzən bir tayfanın, bir məqsədin, bir niyyətin adını çox ustalıqla bu naxışların içərisində gizlədirdilər. Əlbəttə, türk inancında xüsusi yer tutan zoomorf  elementlər də xalçalarda öz əksini tapırdi. Hallavar xalçaları öz fərqli dəsti-xətti ilə seçilirdi”.

Sonda Hallavar camaatının ürəyində, arzusunda vətənə, öz torpaqlarına qayıdışın əsas yeri tutduğu diqqətə çatdırılır: “Bu əhali nə qədər müxtəlif yerlərə köçsə də, Bakıda Azərbaycanın digər ərazilərlərində yaşasa da öz adət-ənənələrini, məişətini, vərdişlərini, əsasən də dekorativ tətbiqi sənəti, Hallavar naxışlarını, mədəniyyətini qoruyub saxlayır ki, biz o torpaqlara dönəndə, böyük qayıdış olanda Hallavar elinin yaddaşı da, yaratdığı mədəniyyət abidələri də onunla birlikdə qayıtsın”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 20-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO