Mədəni 29.04.2019 11:37

Qarabağ mədəniyyəti – Tələbə yazır

 

Qarabağ qədim tarixə malik olan bir ərazidir. Buranın özünəməxsus maddi-mədəniyyəti abidələri, zəngin ədəbiyyatı, rəngarəng incəsənəti və könül oxşayan musiqi mədəniyyəti var. Bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi, şübhəsiz, yerli əhalinin bədii təfəkkür və yaradıcılığına təsirsiz ötüşməyib. Qarabağ əhalisinin məişəti, gündəlik həyat tərzi, estetik zövqləri, bir sözlə, milli siması, mənliyi öz parlaq düşüncələri ilə Qarabağ mədəniyyətinin inkişafında misilsiz rol oynayıb. Haqqında danışdığım o Qarabağdır ki, bütün dünyaya səs salan, ah- naləsi ilə ürəkləri dağlayan, mənfur düşmənlərin tarixən göz dikdiyi qədim mədəniyyət ocağı

O Qarabağdır ki, dünyanın ən zəngin muzeylərində xalq sənətkarlığının bir çox gözəl nümunələri qorunub saxlanılır. Azərbaycan xalq sənətkarlığını əks etdirən maddi-mənəvi eksponatlara planetin hər bir yanında rast gəlmək mümkündür.  Londonun “Viktoriya” və “Albert”, Parisin “Luvr”, Vaşinqtonun “ Metropoliten”, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orda zəngin Qarabağ ustalarının əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Arxeoloji qazıntılar zamanı Qarabağdan tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbə kimi əhəmiyyətlidir. Qarabağ xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə də tapır. Bu xüsusiyyət həm də müəyyən formalı geyim, onun bəzəklərində və həm də bədii tikmə, toxuma, həmçinin toxuculuqda özünü büruzə verir.

Müxtəlif dövrlərdə Azərbaycanının xalçaçılıq məktəbində toxunulmuş xalçalar bu günədək öz gözəlliyini ilə insanları valeh edir. Zəngin mədəni irsə malik olan Qarabağ bölgəsi musiqi, muğam diyarı kimi məşhurdur. Qarabağ musiqisinin çoxəsrlik ənənələri vardır. Qarabağ musiqi sənətində, muğamlar, xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı özünəməxsus yer tutur. Hər bir sahəsi ilə məşhurlaşan Qarabağ bölgəsinin dadlı təamları, spesifik xörəkləri, Azərbaycan kulinariyasının əsas hissəsini təşkil edir.

Öz kökləri ilə qədim zamanlara gedib çıxan Qarabağ tarixini, həmçinin öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələrini- məscidləri, məqrəbələri, sarayları, kilsələri və kaşı naxışlarını xatırlamamaq mümkün deyil. Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin “genofound”unu yaratıb, onun zəngin irsini təşkil edib. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dolğunlaşıb. Bu dövrün əsas nümayəndələri kimi istedadlı fırça ustaları Mir Mövsüm Nəvvab, şairə və rəssam Xurşudbanu Natəvan və bir çox digərləri çıxış edib Əlbəttə, öz zənginliyinə və unikallığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olub və olacaq.

Dünyanın bir sıra alimləri  qədim və zəngin tarixə malik Azərbaycan xalqına məxsus olan bu bölgəni maraqla qəbul edib, araşdırdıqları kimi, eyni zamanda bu ulu diyar onun tarixinə saxta yollarla sahiblənmək istəyən düşmənin də diqqətindən yayınmayıb. Zaman-zaman başımıza müsibətlər gəlib, faciələr yaşamışıq. Ən böyük fəlakət isə yuxarıda haqqında danışdığım Qarabağın indi işğal altında olmasıdı. Biz ona həsrət olduğumuz kimi, o da illərdir bizi gözləyir. Bilmirəm, biz bir-birimizə nə vaxt qovuşacağıq. Lakin dəqiq bilirəm ki, o vaxt Qarabağ mədəniyyətinin, musiqisinin inkişafında xidmətləri olan hər kəsin ruhu rahatlıq tapacaq. Həmin gün bizim ürəyimiz, onnların isə ruhu dinc olacaq…

Gülayə Məcid,
BDU-nun jurnalistika fakültəsinin II kurs tələbəsi

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO