“Qarabağın azad olunması üçün birlikdə mübarizə aparacağıq” – CHP sədri
“Ermənistan Azərbaycan ərazilərini işğal edib. Qanun istəyiriksə, qanunun tələb etdiyi kimi ediləcəksə, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməlidir.”
Rakus.az xəbər verir ki, bu sözləri Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu bəyan edib.
“Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Kamal Kılıçdaroğlu, bunları söyləyib: “Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Əgər beynəlxalq hüquqa riayət edirsə, qanunun tələb etdiyi kimi ediləcəksə, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır. Biz CHP olaraq bunu hər yerdə səsləndiririk. Bu məsələdə əslində Türkiyədəki bütün siyasi partiyalar ortaqdır. Buna milli bir məsələ kimi baxırıq. Azərbaycana qarşı edilən haqsızlığa qarşı durmasaq, yalnız Azərbaycan xalqı qarşısında deyil, öz vicdanımız qarşısında da bu məsuliyyəti hiss edəcəyik. Azərbaycanlılar Ermənistanın illərdir işğal etdiyi ərazilərdən çəkilməsini istəyirlər. Bu illərdir davam edir. Bıçaq artıq sümüyə çatdı. Ermənilər mütəmadi olaraq atəşkəsi pozur və azərbaycanlıları şəhid edirlər. Buna görə Dağlıq Qarabağın işğaldan azad olunması üçün birlikdə mübarizə aparacağıq.”