Mədəni 24.11.2020 10:13

“Qarabağın musiqi xəzinəsi” – Sadıqcan

Beynəlxalq Muğam Mərkəzi (BMM) Azərbaycanın qədim sənət beşiyi olan Qarabağ bölgəsinin musiqi irsinin təbliği ilə bağlı layihələrini davam etdirir. Mərkəzin “Qarabağın musiqi xəzinəsi” layihəsi də bu bölgənin tanınmış musiqi xadimlərini tanıtdırmaq məqsədi daşıyır. Layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.

Rakus.az xəbər verir ki, layihənin növbəti təqdimatı Sadıqcana – Mirzə Əsəd oğlu Sadıqa (1846-1902 ) həsr olunub.

Sadıqcan (əsl adı Mirzə Sadıq Əsəd oğlu Sadıqcan) görkəmli Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar kimi tarixə düşüb. Bu qüdrətli şəxsiyyət virtuoz tarzən kimi Qafqazda və İranda geniş şöhrət qazanıb.

Tədqiqatçıların yazdığına görə, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə (əvvəllər tarı diz üstündə çalardılar) çalmağa başlayıb. Tədqiqatçılar yazır ki, məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq Azərbaycanın musiqi simvoluna çevrilib.

Mirzə Sadıq Əsəd oğlu Sadıqcan 1846-cı ildə Şuşa şəhərində anadan olub. Məlumatlara görə, bütün şuşalılar kimi, Sadıq da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayıb.

Sənətkar toylarda, konsertlərdə, qəbullarda, ziyafətlərdə, həmçinin Bakı və Şuşada Azərbaycan və İran qastrolçularının qoyduqları tamaşaların fasilələri zamanı tarda ifa edir, özü də Qafqaza, Orta Asiya və İrana tez-tez qastrol səfərlərinə gedir, burada musiqi məclislərində iştirak edirdi. Qafqazın birinci tarzəni kimi xarakterizə edilən sənətkar haqqında “Kafkazskoye obozreniye” qəzeti yazırdı: “Onun çalğısı səlis, artistik baxımdan dəqiqdir. Sənətkarın cazibə qüvvəsi isə güclüdür. Əgər Tiflisdəki bəstəkarlar onun burada olmasından istifadə edib Sadıqdan Şərq motivlərini mənimsəyə bilsə idilər, onların yeni bəstələri üçün yaxşı materiala çevrilə bilərdi”.

Mirzə Sadıq artıq özünün tarzənlik bacarığının ən yüksək zirvəsində olduğunu anlayaraq ciddi-cəhdlə bu qədim aləti təkmilləşdirmək və onda çalğı manerasını dəyişdirmək üçün yollar axtarmağa başlayır. Onu nahaq yerə Mirzə Sadıq, yəni alim Sadıq adlandırmamışlar. Sənətkarın analitik ağlı bir neçə ildə həmin işin də öhdəsindən gəlməsi üçün ona imkan verib. Sadıqcana qədər tarı diz üstündə çalırdılar. O özünün virtuoz bacarığından istifadə edərək ilk dəfə tarı sinəsinə qaldırıb.

Mirzə Sadıq, eyni zamanda, istedadlı bir bəstəkar idi. O, “Orta Segah” və “Bayatı Şiraz” muğamlarına bir neçə rəng bəstələmişdi. Bu və digər muğamların tərkibinə daxil olmuş musiqi pyesləri onların dolğunlaşmasında mühüm rol oynayıb. Onun Azərbaycan musiqisinin inkişaf tarixindəki rolu əvəzedilməzdir. Sadıqcan Azərbaycan milli musiqisində misilsiz rol oynayan dahi sənətkar kimi tarixdə iz qoyub. Tarı dizdən sinə üstünə qaldıran Sadıqcan böyük bir azərbaycanlı kimi milli ideologiyamıza, mənəvi dəyərlərimizə misilsiz xidmət göstərib. Tarixdə adı qalan sənətkar Sadıqcan neçə əsr sonra da xatırlanacaq. Çünki onun ömrü tarda davam edəcək.
Qeyd edək ki, 2016-cı il noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində tarzənin 170 illik yubiley gecəsi keçirilib.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO