Hadisə 27.10.2023 20:00

“Qaraçantada qalan məktəbli çantamı mütləq gedib axtaracam…” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Arada 35 illik ayrılıq olsa da doğma kəndimizə qayıdacağıq” adlı veriliş Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalının Amasiya rayonunun Qaraçanta kənd sakini Pərvanə İbrahimovanın həyat hekayəsinə həsr olunub.

Amasiya rayonu 1930-cu ildə təşkil olunub. Ağbaba-Şörəyel mahalında 21 min əhali yaşayıb ki, onun 18 mini məhz azərbaycanlılar olub. Rayonun ümumi 27 kəndi olub, onun 21-də azərbaycanlılar, 5-də ermənilər, rayon mərkəzində isə qarışıq yaşayıblar.

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən danışıb və deyib ki, kəndimiz Hülley dağının ətəyində yerləşib: “Kəndimiz 3 hissəyə bölünürdü. Bizim evimiz Orta məhəllədə yerləşirdi. Buz kimi bulaqlarımız var idi, oradan evimizə su aparırdıq.

Onun sözlərinə görə, Qaraçantada cəmi 11 il yaşayıb: “Mən 1988-ci ildə 3 ay 7 gün məktəbimizdə dərsə gedə bildim. Ona görə 11 yaşlı xatirələrim mənim üçün həm əziz, həm doğma və eyni zamanda, unudulmaz, daşlaşmış xatirələrdi və müqəddəsdir.

P.İbrahimova uşaq vaxtı oynadıqları oyunlardan, əriştə kəsimi mövsümündən, maraqlı toy adətlərindən, qədim peçeniklərə aid 5-6 metr olan sal daşların üstündə gəzməklərindən, təbii xına hazırlamaqlarından və Novruz bayramının xüsusi gözəlliyindən söz açıb.

Orta məktəbi heç vaxt unutmadığını və sinif otaqlarını daim yadında saxladığını deyən Qaraçanta sakini bildirib ki, əgər yenidən doğma kəndimə, Ağbaba-Şörəyel mahalına qayıtmaq imkanım olsa, Gümrünün yolu ilə gedib Çələb kəndindən öz kəndimizi uzun müddət tamaşa edər, qaça-qaça məktəbimizə gedər, sinif otağımıza baxaram: “Kəndin qəbiristanlığında atamın nənəsinin məzarını, Seyidlər tayfasının kümbəzini ziyarət edərəm. Bizim bir çox nişanəmiz qalan ata evimizə gedərəm. Mənim orada məktəbli çantam da qaldı və mütləq gedib orada o çantamı axtararam”.

O deyib ki, 1988-ci ilin fevral ayından etibarən artıq dükanlara, mağazalara heç bir ərzaq gəlmirdi, vəziyyət get-gedə gərginləşirdi, yollar bağlanmışdı: “1988-ci il dekabrın 7-də Spitak zəlzələsi baş verdi. Ermənilərin başı öz işlərinə qarışdı. Belə bir vaxtda artıq yollar açıldı. Atam Gəncədən 2-3 ailəyə bir yük maşın gətirmişdi. Əşyalarımızın toplanması səhnəsi çox ağrılı idi. 1988-ci ilin dekabrın 12-də biz öz kəndimizdən çıxdıq, 6 saat Qaraxaç yolunda qaldıq. Altı saatdan sonra Gürcüstan yolu ilə Qazağa gəldik və sonra biz Gəncə şəhərində məskunlaşdıq”.

P.İbrahimova sonda ümidvar olduğunu bildirib ki, dünyada ocaqdan isti heç nə yoxdu. Ermənilər bizim ocağımızı söndürdülər, amma ümidimizi söndürə bilmədilər. O ümid var və biz mütləq öz doğma kəndimizə qayıdacağıq və 11 yaşlı daşlaşmış Qaraçanta xatirələrimi daha yeni xatirələr əvəz edəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 27-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Hadisə, Maraqlı, Video müsahibə / 27.10.2023 20:00
“Qaraçantada qalan məktəbli çantamı mütləq gedib axtaracam…” - FOTO - VİDEO
Maraqlı, Sosial / 27.10.2023 14:24
“Qaraçantalı 11 yaşlı uşağın daşlaşmış xatirəsi” – ANONS
Sosial / 27.10.2023 11:52
“Vəli müəllim həqiqətən də ölənə kimi yaşadı” – OĞULUN QEYDLƏRİ
İdman / 27.10.2023 10:36
Şəhid jurnalistlərin Xatirə Turnirində son tur həftəsonu yekunlaşır - FOTO
Mətbuat / 27.10.2023 07:29
Etibarlı istinad mənbəyinə çevrilən 9 yaşlı “Report”
Dünya, Siyasi / 26.10.2023 19:40
Avropa İttifaqının müşahidəçiləri Ermənistanda absurd missiya həyata keçirirlər - FOTO - VİDEO
Dünya, Siyasi / 26.10.2023 14:04
Ermənilərin və avropalı missonerlərin fırıldağı – ANONS - VİDEO
Siyasi, Sosial / 25.10.2023 19:56
“Ermənilərin Ağində saxtalaşdırma əməliyyatı” - FOTO - VİDEO
Mətbuat / 25.10.2023 18:21
MEDİA Agentliyində Türkiyə İnternet Media Birliyinin rəsmiləri ilə görüş keçirilib - FOTO
Siyasi, Təhlil / 25.10.2023 16:28
Avropalı vasitəçilərə etimadsızlıq – Nəticəsiz qalan təşəbbüslər – TƏHLİL
Hadisə, Mətbuat / 25.10.2023 14:23
Ermənilər Ağinə niyə Türkiyədən köçürülüb? – ANONS - VİDEO
Gündəm, Siyasi / 24.10.2023 20:11
Erməni alim saxta tarix düzəldənlərin gizli əməlini ifşa etdi - FOTO - VİDEO
Siyasi / 24.10.2023 19:05
“Erməni alimləri yazırlar ki, tarixdə “Böyük Ermənistan” olmayıb” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 24.10.2023 12:59
Nərimanlı gəncləri dövlətçiliyin güclənməsinə töhfə verirlər - FOTO
İdman / 24.10.2023 10:17
İkinci tur oyunlarının XÜLASƏSİ - VİDEO
İqtisadi, Video müsahibə / 23.10.2023 21:00
“Ermənistanı 85 faiz kənd təsərrüfatı məhsulları ilə azərbaycanlılar təmin edib”– MÜSAHİBƏ - VİDEO
İqtisadi, Müsahibə / 23.10.2023 14:03
“Ardanış Alban türklərinin yaşadığı qədim yaşayış məskənidir” – ANONS - VİDEO
İdman / 23.10.2023 12:59
Turnirin 2-ci turu – yaddaqalan məqamlar - FOTO
İdman, Maraqlı / 23.10.2023 10:17
İkinci turun mənzərəsi: epizodlar, qollar və bombardirlər – CƏDVƏL - VİDEO
Gündəm, İdman / 22.10.2023 23:25
“Çəmbərək”, “Ardanış” və “İrəvan” adını yarımfinala yazdırıb
Mədəni / 22.10.2023 19:58
Qərbi Azərbaycan incəsənəti barədə bilinməyənlər - FOTO - VİDEO
İdman / 22.10.2023 10:48
Bu gün 2-ci tura 3 qarşılaşma ilə yekun vurulur
İdman / 21.10.2023 20:28
Məğlubların dueli – “Loru-Borçalı” 3 xal qazanıb - VİDEO
Mədəni / 21.10.2023 20:04
“Qıpçaq adətləri, yaşayan bölgənin sirli aləmi” - FOTO - VİDEO
İdman / 21.10.2023 11:18
“Loru-Borçalı” ilə “Qərbi Azərbaycan” yaşıl sahədə görüşür
Hadisə, Siyasi / 20.10.2023 20:17
“Ermənilər bilir ki, gec-tez bu evin sahibi, bu torpağın yiyəsi gələcək” - FOTO - VİDEO