Dünya 21.06.2020 14:40

Qərbi Azərbaycan İrəvan Respublikası Millət Məclisi BƏYANAT verdi - FOTO

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 4 dekabr 2000-ci ildə qəbul etdiyi qətnamə ilə iyunun 20-si Ümumdünya Qaçqınlar günü kimi qeyd edilir.

Rakus.az xəbər verir ki, Qərbi Azərbaycan İrəvan Respublikası Millət Məclisi bununla bağlı bəyanat yayıb.

Sənəddə deyilir ki, qətnamənin qəbulu ilə məqsəd dünyanı narahat edən insan hüquq və azadlıqlarına dair məsələlərin-evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq idi. Lakin Azərbaycan xalqı iki əsrə yaxındır ki qətnamədə irəli sürülən narahat məqamlalra üzbəüz qalıb. Ermənilərin bu ərazilərə gəlişi ilə bölgə soyqırımların, deportasiyaların, qaçqın və didərgin insanların məskəninə çevirildi. Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qaldı. Sonuncu dəfə isə 250 mindən artıq etnik azərbaycanlı indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qovuldu. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Ahıska türkü də Azərbaycanda sığınacaq tapdı. 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınmışdır. Qərbi Azərbaycan İrəvan Respublikası xalqımıza qarşı edilmiş ədalətsizliyi bərpa etmək və qaçqınların doğma yurduna qayıtması üçün bütün siyasi-hüquqi vasitələrdən istifadə edəcək və doğma vətənə qayıtmaq mücadiləsi verəcəkdir. Biz belə hesab edirik ki, İrəvan, Göyçə- Dərələyəz, Zəngəzur və başqa ərazilərimizin Ermənistana verilməsi qanunsuzdur. Bu torpaqların əsil sahibləri Qərbi Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrinə səpələnmiş qaçqınlardır. Qərbi Azərbaycan İrəvan Respublikası bəyan edir ki, 250 mindən artıq qaçqının Qərbi Azərbaycan (Ermənistan) ərazilərinə geri dönüşü təmin olunmayana və onların BMT-nin sənədlərində nəzərdə tutulan insan haqq və hüquqları bərpa edilməyənə qədər bu mübarizə davam edəcəkdir.

0

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO