Mədəni 16.06.2023 17:43

Qərbi Azərbaycan İcmasında yazarların görüşü keçirilib - FOTO

Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan yazarlarının ilk görüşü keçirilib.
Rakus.az xəbər verir ki, toplantıda 40-a yaxın Qərbi Azərbaycan kökənli yazar iştirak edib.
İclası açıq elan edən QAİ İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcma barədə ümumi məlumat verərək qarşıda duran vəzifələrdən danışıb.
O bildirib ki, Qayıdış Konsepsiyasına əsasən hazırlanmış tədbirlər planında Qərbi Azərbaycanın ədəbi qüvvələrinin bir mərkəzdə toplanması və “Ədəbi İrəvan Almanaxı”nın dərc olunması xüsusi yer alır: “Biz çalışacağıq ki, bir zamanlar insanlarımızın Qərbi Azərbaycanda fəaliyyət göstərdiyi bütün strukturları bərpa edək. Qərbi Azərbaycan yazarlarının qələmindən çıxan ən tutarlı əsərlər həm öz dilimizdə, həm də xarici dillərdə nəşr olunmalıdır”.
Sonra iclasda söz alan məşhur imza sahibləri – Musa Urud, Paşa Qəlbinur, Məmməd Oruc, Miraslan Bəkirli və digərləri öz təklif və arzularını dilə gətiriblər. Bir sıra kitabların müəllifi olan gənc yazar Şamil Ənvəroğlu çıxış edərək bildirib ki, Qərbi Azərbaycan əsilli olmağına rəğmən Vətənini bir gün belə görməyib. Lakin bununla belə qaçqınlıq həyatına iki kitab həsr edib. O sözügedən kitabların bir nüsxəsini QAİ-nin İdarə Heyətinin sədrinə hədiyyə edib.
Digər çıxışçılar – Əvəz Lələdağ, Avtandil Ağbaba, Aslan Bayramov, Qılman İman, Binnət Əsgər və digərləri bu tədbirin Qərbi Azərbaycana aid ədəbi prosesin başlanğıc nöqtəsi olacağına inamlarını ifadə ediblər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO