Elm və təhsil 20.02.2026 10:01

“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO

Qərbi Azərbaycan İcmasının dəstəyi ilə nəşr olunmuş “Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı keçirilib.
Rakus.az xəbər verir ki, tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana dair kitab və nəşrlərin İcmada təqdimatının artıq ardıcıl və məqsədyönlü ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, “Qərbi Azərbaycan Rəssamları” kitabı təkcə sənət adamlarının yaradıcılıq irsinin toplanması baxımından deyil, həm də milli yaddaşın, mədəni kimliyin və tarixi varlığın sənət dili ilə ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, nəşr Qərbi Azərbaycanın mədəni mühitini sistemli şəkildə sənədləşdirərək gələcək nəsillər üçün etibarlı mənbə rolunu oynayacaq.
Kitabın ön sözünün müəllifi, sənətşünas, Azərbaycan Milli İncəsənət Muzeyinin Sərgi və tərtibat şöbəsinin müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsəd Quliyev nəşrin elmi və bədii əhəmiyyətini qeyd edib. O bildirib ki, kitabda təqdim olunan materiallar həm sənətşünaslıq araşdırmaları, həm də muzey işi üçün dəyərli mənbədir və Qərbi Azərbaycan mənşəli rəssamların yaradıcılıq xəritəsini bütöv şəkildə əks etdirir.
İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa kitabı tarixi-mədəni kontekstdə qiymətləndirərək onun Qərbi Azərbaycanın intellektual və mədəni mühitinin öyrənilməsi baxımından mühüm qaynaq olduğunu bildirib. O qeyd edib ki, nəşr sənət tarixinin müəyyən bir istiqamətini sistemləşdirilmiş şəkildə təqdim edir.
İcmanın Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı kitabın ictimai və maarifləndirici əhəmiyyətinə toxunaraq, bu cür nəşrlərin geniş auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, mədəni irsin təbliği informasiya platformalarında daha da gücləndirilməlidir.
İcmanın Nərimanov rayon nümayəndəsi və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev nəşrin yerli İcmalar üçün də dəyərli istinad mənbəyi olduğunu bildirərək, belə layihələrin milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini qeyd edib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova kitabda toplanmış vizual materialların elmi təsnifat və arxivləşdirmə baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, nəşr gələcək tədqiqatlar üçün etibarlı baza yaradır.
İcmanın aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov kitabın konseptual baxımdan sistemli və ardıcıl şəkildə hazırlandığını qeyd edərək, bu nəşrin Qərbi Azərbaycan mədəni irsinin sənət prizmasından təqdimatının mühüm mərhələ olduğunu vurğulayıb.
Kitabın müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam və araşdırmaçı Əli İsmayıl Əliyev nəşrin hazırlanma prosesi barədə məlumat verərək, əsas məqsədin qərbi azərbaycanlı rəssamların yaradıcılığını bir araya gətirmək, onların sənət irsini sənədləşdirmək və gələcək nəsillərə çatdırmaq olduğunu bildirib.
Çıxışların ardınca kitabın müəllifi Əli İsmayıl İcmanın İdarə Heyətinin sədri tərəfindən Fəxri Fərmanla təltif olunub.
Sonda iştirakçılarla xatirə şəkli çəkilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO
Siyasi, Sosial / 17.02.2026 23:17
Bəkdaş, Bələk/Balak, Bənövşəbuşt, Bərk dərə, Bərgüşad – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 17.02.2026 14:22
Qaraçorlu türk tayfasının adını daşıyan dağ – ANONS - VİDEO
Səhiyyə / 17.02.2026 10:00
Onu görən uşaq deyir: “Mən də həkim olmaq istəyirəm” - FOTO
Elm və təhsil / 14.02.2026 23:43
Qərbi Azərbaycan ərazisində tapılan antropoloji qalıqlar kimlərə aiddir? - FOTO - VİDEO
Siyasi, Sosial / 13.02.2026 23:39
“Erməni həkim zədələnən ayağı qəsdən kəsirdi ki, azərbaycanlı əlil qalsın” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.02.2026 14:22
“Çaxmaq kəndinə nəvələrimlə qayıdacam” – Əli Novruzovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 12.02.2026 23:48
“Ermənistanın hüquqi tələsi: Konstitusiya dəyişmədən sülh mümkündürmü?” - VİDEO
Siyasi / 12.02.2026 14:22
İrəvanda sülhə qarşı qorxu ritorikası – ANONS - VİDEO
Hərbi, Siyasi / 11.02.2026 23:17
“Erməni kilsəsi azərbaycanlılara qarşı qırğınlarda xüsusi koordinasiya işləri aparırdı” - VİDEO
Siyasi / 11.02.2026 14:22
Çar Qafqazda qanlı toqquşmaları niyə dayandırmışdı? – ANONS - VİDEO
Sosial / 11.02.2026 10:08
“Bələdiyyənin xəbəri olmadan sənədlər saxtalaşdırılır” – Hümbət Hüseynov - FOTO
Siyasi, Sosial / 10.02.2026 23:16
Bəykənd və Bəyrabad toponimi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.02.2026 14:22
Erməni və rusların adını təhrif etdiyi türk yurdu – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 07.02.2026 23:37
Azərbaycanın alt qatlarında gizlənən 5000 illik tarixi - VİDEO
Siyasi, Sosial / 06.02.2026 23:58
“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.02.2026 14:22
“Bizim də yurd həsrətimiz bir gün bitəcək” – Şakir Mikayılovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 05.02.2026 22:38
“Erməni ritorikasında yeni xətt: sülh adı ilə dilənçilik” - VİDEO
Siyasi / 05.02.2026 14:22
İrəvanın qorxusu: torpaq, yoxsa həqiqət? – ANONS - VİDEO
Siyasi / 04.02.2026 23:43
“Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı” - VİDEO
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur