Mədəni 24.08.2024 21:40

“Qərbi Azərbaycan geyimləri türk dünyasının tərkib hissəsidir” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qərbi Azərbaycan geyimləri türk dünyasının tərkib hissəsidir” adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı Qərbi Azərbaycanda geyim adətlərindən və mədəniyyətindən söhbət açır.

O bildirir ki, türk geyim adətlərinin əlamətləri Qərbi Azərbaycanda yaşadılıb: “Qərbi Azərbaycanda olan geyimlərin simvollarının çox mənaları var. Ərə gedən qız seçilsin deyə xüsusi geyim geyinirmiş. Qız ərə gedən kimi başqa geyim tərzinə keçirmiş”.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda baş geyimləri türk kimliyinin göstəricisi olub: “Əştərəkdə sim pəhləvanlarının geyindiyi ətək və fərqli tərz buna misaldır. İrəvan şəhəri Qərbi Azərbaycan geyim mədəniyyətinin əsas mərkəzi idi. Qıpçaq geyim tərzi bütün Qafqazın geyim adətinə təsir edib. Qıpçaqların geyimini götürən xalqlar onu öz adları ilə təqdim edirdilər. Çərkəzlərə və digər Dağıstan xalqlarına aid olunan geyimlər Qıpçaq türklərinin tərzidir. Azərbaycan geyim tərzində əsas yeri Qıpçaq geyimləri tutur. Qərbi Azərbaycanda Heydəri, Qarabatdax, Sinəbənd kimi bəzək əşyaları olub. Ümumiyyətlə, Qərbi Azərbaycan geyimləri türk dünyasının tərkib hissəsi sayılır”.

L.Vaqifqızı sonda “Qatbaqat imam halvası”, “Yekəbaş Söyün” kimi Qərbi Azərbaycan geyim tərzlərinin xüsusiyyətləri ilə bağlı maraqlı fikir və faktlar səsləndirib.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 24-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 27.08.2024 13:29
Sülh müqaviləsi İrəvana nə vəd edir? – ANONS
Siyasi / 27.08.2024 12:35
Rizvan Nəbiyev: “Şagird-millət vəkili dialoqu müsbət nəticələr verə bilər” - FOTO
Siyasi / 27.08.2024 12:20
Naqif Həmzəyev Yeni Gəncə yaşayış massivində seçicilərlə görüşüb – YENİLƏNİB - FOTO
Gündəm / 27.08.2024 11:40
Qərbi Azərbaycan İcması AŞPA ilə bağlı BƏYANAT yayıb
Siyasi / 27.08.2024 11:18
Biləcəri seçiciləri layiqli namizədinə səs verəcəklər - FOTO
Elm və təhsil, Müsahibə / 26.08.2024 22:29
“Mığrı rayonunun adı Muğ türk tayfasının adı ilə bağlıdır” - VİDEO
Siyasi / 26.08.2024 13:22
Gəncədə seçicilərin sevdiyi namizəd - FOTO
Siyasi / 25.08.2024 17:37
Seçicilər Hümbət Hüseynova inanırlar - FOTO
Mədəni / 24.08.2024 21:40
“Qərbi Azərbaycan geyimləri türk dünyasının tərkib hissəsidir” - FOTO - VİDEO
Siyasi / 24.08.2024 14:14
Tamam Cəfərova seçicilərlə görüşünü davam etdirir - FOTO
Mədəni / 24.08.2024 10:56
Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş konsert - FOTO
Maraqlı, Siyasi / 23.08.2024 22:01
“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əlisilahlı yolda hazır durublar” - FOTO - VİDEO
Siyasi / 23.08.2024 19:30
Hümbət Hüseynovun seçicilərlə növbəti görüşü - FOTO
Müsahibə, Siyasi / 23.08.2024 17:35
Rizvan Nəbiyev: “Güclü təhsil al, özünə güvən, Qalib Dövlətdə yerini qazan” - VİDEO
Siyasi / 23.08.2024 17:15
Hümbət Hüseynovun seçicilərlə görüşləri davam edir – YENİLƏNİB - FOTO
Hadisə, Siyasi / 23.08.2024 13:56
“Yaşlı qadın dedi ki, evimdən çıxmıram” – Ayişə Nəbinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 22.08.2024 21:51
“Ermənistanda Qərbi Azərbaycan Konstitusiyası hazırlanacaq” - FOTO - VİDEO
Siyasi / 22.08.2024 19:01
Tamam Cəfərova Şamaxının daha 4 kəndində seçicilərlə görüşüb - FOTO
Səhiyyə / 22.08.2024 17:08
Məhəmməd Kərimov Qazaxstan fleboloqlarının lV forumuna qatılıb - FOTO
Müsahibə, Siyasi / 22.08.2024 15:00
“Güclü Parlament diplomatiyası sülhə və sabitliyə töhfədir” – Rizvan Nəbiyev - FOTO
Hərbi, Siyasi / 22.08.2024 14:17
Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri – ANONS
Elm və təhsil / 21.08.2024 21:45
Avşarlı, Avtandil talası, Avşar, Ağ tala və Ağ qaya – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi / 21.08.2024 18:35
Rizvan Nəbiyev: “Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliği əsas hədəfimdir”
Siyasi / 21.08.2024 17:08
Tamam Cəfərovanın Şamaxı Yaradıcılıq Mərkəzində seçicilərlə görüşü - FOTO
Elm və təhsil / 21.08.2024 13:11
“Çar və daşnak hökumətinin “toponim əməliyyatı” – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 21.08.2024 12:33
Sarsılmaz kövrək adam…