Dünya 03.08.2023 19:38

İrəvanı narahat edən Qərbi Azərbaycan havası - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

Ermənistan 300 minə yaxın Qərbi azərbaycanlını niyə qəbul etmir?

Rakus.az xəbər verir ki, “Qərbi Azərbaycanın hava durumu İrəvanı narahat edir” adlı süjetdə bütöv Azərbaycandan müxtəlif vasitələrlə qoparılan şəhər və rayonların hava proqnozlarının televiziyalarda elan olunmasının dünya azərbaycanlılarının öz dədə-baba yurd yerlərini yaddan çıxarmaması baxımından əhəmiyyətli sayılır, bunun indiki Ermənistanın ərazi bütövlüyünün pozulması, yaxud o ölkəyə qarşı ərazi iddiası irəli sürmək kimi başa düşülməməsi vurğulanır.

Bildirilir ki, Baku TV-nin hava proqnozu ilə bağlı Qərbi Azərbaycanda yerləşən  şəhər və rayonların hava durumu ilə əlaqədar məlumatı rəsmi İrəvanı narahat edib: “Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan tviter səhifəsində bu barədə yazıb ki, Bakı televiziyası hava xəbəri zamanı Ermənistanı, o cümlədən paytaxt İrəvanı Azərbaycanın bir hissəsi kimi təqdim edir. Bu qonşu ölkənin suverenliyinə yönəlik ərazi iddialarının növbəti açıq təbliğatıdır. Pis illüziyalar və düşmənçilik ritorikası qəti şəkildə rədd edilməlidir”.

Süjetdə Ani Badalyanın mənsub olduğu etnik qrupun başqa nümayəndələri kimi, “öz gözündə tiri görməyənlər”dən olduğu, onun və yeni nəsil ermənilərin yanlış və zəhərli türk düşmənçiliyi ideologiyasına hələ dərindən yoluxmadıqları üçün reallığı, həqiqəti daha tez qəbul etmək şansları olduğu diqqətə çatdırılır.

Qeyd olunur ki, ermənilər hələ də Qərbi Azərbaycan torpaqlarının onlara məxsus olmadığını başa düşmək istəmirlər: “Son 35 ildə 250 mindən çox qərbi azərbaycanlını dədə-baba yurdlarından didərgin saldıqlarının fərqində deyillər. Onlar 300 minə yaxın yerli sakini vətənsiz və vətəndaşsız qoymağın məsuliyyətini dərk etmək istəmir, ümumiyyətlə, bu məsələni unutmağa çalışırlar. Ancaq bu gün qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası məsələsi günün reallığıdır”.

Sonda Ermənistanın Baş naziri Nikol Paşinyanın Ağrı dağının ermənilərə aid olmadığını etiraf etməsi, Ani Badalyan kimi bu etnos daşıyıcılarının zəhərlənmiş beyinlərinin hələ uzun müddət yuyulmasına ehtiyac duyulduğu bildirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet avqustun 3-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mətbuat, Sosial / 03.08.2023 20:29
Osmanlı yurduna səfər – ASKEF-in Balkan turu – 1-ci yazı
Dünya, Siyasi / 03.08.2023 19:38
İrəvanı narahat edən Qərbi Azərbaycan havası - FOTO - VİDEO
Dünya, Sosial / 03.08.2023 13:58
Ani Badalyan – zəhərlənmiş beyinin güzgüsü – ANONS
Gündəm / 02.08.2023 19:43
Çar Rusiyası Sərdarabad mahalını niyə ləğv edib? - FOTO - VİDEO
Maraqlı / 02.08.2023 13:35
Səkkiz kəndi dağıdılan Sərdarabad mahalı – ANONS
Dünya, Hadisə / 01.08.2023 20:00
Erməni bloqçunun etirafı: “Xalisada əsl faciə yaşanıb” - FOTO - VİDEO
Dünya, Təhlil / 01.08.2023 15:30
35 illik ziddiyət – sülh müqaviləsinə kim mane olur? – TƏHLİL
Dünya, Hadisə / 01.08.2023 13:54
Xalisa faciəsinin əsas təşkilatçısı kim idi? – ANONS
Mədəni / 31.07.2023 20:05
Ermənistan hökumətinin toponim cinayətləri - FOTO - VİDEO
Təhlil / 31.07.2023 16:48
Rəsmi İrəvan və havadarlarının saxta ittihamı – TƏHLİL
Hadisə, Maraqlı, Video müsahibə / 29.07.2023 21:47
1987-ci ildə yazılmış ərizə nədən xəbər verir? - VİDEO
Hadisə, Maraqlı / 28.07.2023 20:07
“Dəmirçiyanın sifarişi ilə bibim oğluna iynə vurub öldürdülər” - FOTO - VİDEO
Hadisə / 28.07.2023 14:19
“Babam 1905-ci ildə daşnakların təqibi ilə qətlə yetirildi”- ANONS
Dünya, Siyasi / 27.07.2023 19:38
Qərbi azərbaycanlıların və yəhudilərin oxşar taleyi - FOTO - VİDEO
Dünya, Siyasi / 27.07.2023 14:14
Paşinyan Qərbi azərbaycanlılardan niyə qorxur? – ANONS - VİDEO
Dünya, Siyasi / 26.07.2023 19:37
Rusiyaya qarşı üsyan qaldıran Pəmbək türkləri - FOTO - VİDEO
Dünya, Təhlil / 26.07.2023 17:40
Moskvanın Brüssel həmləsi – Rusiya sülh tərəfdarıdırmı? – TƏHLİL
Siyasi / 26.07.2023 14:51
Çarın itaətini qəbul etməyən Pəmbək mahalı – ANONS
Hadisə, Mətbuat / 25.07.2023 20:00
Baş redaktorun intihar kimi təqdim olunan müəmmalı qətli - FOTO - VİDEO
Mədəni / 25.07.2023 16:16
Daim axtarışda olan yaradıcı insan – Araz Yaquboğlu 50 - FOTO
Dünya, Təhlil / 25.07.2023 11:29
İrəvanda səslənən ittihamlar – Rusiyada yeni inqilaba eyham – TƏHLİL
Hadisə / 25.07.2023 11:18
Qərbi Azərbaycan Xronikası – 42 il gizli qalan mətləblər – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 24.07.2023 20:03
“Ailəmin məruz qaldığı deportasiyanı mənən yaşayıram” - FOTO - VİDEO
Mədəni / 24.07.2023 13:02
Şahin Əliyev “Hacı Zeynalabdin Tağıyev” medalı ilə təltif olunub - FOTO
Mədəni / 23.07.2023 11:04
Həmişə zirvələrdə ol Vətən oğlu
Maraqlı, Video müsahibə / 22.07.2023 19:52
Qisas almaq üçün 72 nəfəri qətlə yetirdilər - FOTO - VİDEO