Mədəni 01.11.2023 11:10

“Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” – sərgi və fotoalbomun təqdimatı - FOTO

Bakıda Muzey Mərkəzində bu günlərdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda sərginin açılış mərasimi və “İrəvan — tariximiz, torpağımız, taleyimiz” adlı fotoalbomun təqdimatı keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, tarixçilər, İrəvanı idarə edən xanların nəsil davamçıları, Qərbi Azərbaycandan olan ziyalılar iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə təşkilatın bu sahədə fəaliyyəti və icra olunan layihə haqqında ətraflı məlumat verdi. Erməni vəhşiliklərindən, soydaşlarlmızın tarixi torpaqları olan Qərbi Azərbaycanda tarixi abidələrimizə, mədəni irsimizə, toponimlərimizə qarşı aparılan vandalizmdən geniş danışdı və sərginin təşkili, eyni zamanda fotoalbomun hazırlanmasında əməyi olan hər kəsə dərin minnətdarlığını bildirdi.

Layihənin məsləhətçisi, Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa sərgininin və fotoalbomun ictimaiyyət üçün zəruriliyini qeyd etdi. Bu işlərin belə səpgidə görülməsi və dünya ictimaiyyətınə çatdırılması, ermənilərin İrəvan şəhərində və bütöv indiki ermənistan ərazisində oranın əzəli sakinləri olan soydaşlarımızın mədəni irsinə qarşı törətdiyi soyqırımın qarşısının alınması ilə bərabər saxtalaşdırılmanın da qarşısının alinmasına kömək edəcəyindən danışdı.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin Qərbi Azərbaycan mövzusunda dəstəklədiyi layihələr haqqında məlumat verdi. O bu il 24 QHT-nin Qərbi Azərbaycan lahiyəsi üzrə işlərin görülməsi haqqında danışdı və gələcəkdə də bu işlərin davam etdiriləcəyini qeyd etdi.

Daha sonra çıxış edən Millət vəkili Naqif Həmzəyev layihənin əhəmiyyətini xüsusi vurğuladı və eyni zamanda Qərbi Azərbaycanla bağlı xatirələrini bölüşdü. O əminliklə doğulduğu və 5 yaşında qovulduğu dədə-baba torpaqlarına qayıdacağı günün az qaldığından, hər gecə yuxularında oraları gördüyündən danışdı.

İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın Almaniyada yaşayan nəsil davamçısı Əmir Əli Sərdari İrəvani Azərbaycan milli kimliyinin qorunması üçün birliyin və Qərbi Azərbaycanla bağlı vahid siyasətin aparılmasının vacib olduğunu bildirdi. Bu gün oranın əsl sahiblərinin soydaşlarımızın olduğunun dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edən Əmir Əli İrəvani Qarabağın işğaldan azad edilmiş ərazilərində olduğunu və erməni vandalizminin orada törətdiyi fəsadlardan danışdı. O artıq hamımızın “Biz İrəvanlıyıq!” şüarı altında birləşməyə çağirdı.

Yekun olaraq çıxış edən Fransada Azərbaycan diasporunun fəal üzvü, politoloq Zaur Sadıqbəyli Qərbi Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında aparılan informasiya mübarizəsindən danışdı. Bu gün xalqımızın düşmənləri ermənilərə havadarlıq etməklə onların talan etdikləri, özününküləşdirməyə çalışdığı tariximizi və irsimizi dünyaya yaymaqda nə qədər maneçilik törədsələr belə bu kimi sərgi və albom onlara layiqli cavab olacağını qeyd etdi.

Daha sonra sərginin açılış mərasimi oldu. Sərgidə yer aldığı Qərbi Azərbaycan-qədim İrəvanın tarixi abidələri, mədəniyyəti, təhsili, nəşriyyatı, tarixi şəxslərini özündə ehtiva edən 3 dildə – Azərbaycan, rus, ingilis dillərində izahlı şəkildə 300-ə yaxın fotoşəkil və rəsmləri iştirakçılar tərəfindən maraqla seyr edildi. Bundan əlavə, sərgidə Qərbi Azərbaycana məxsus milli geyimlər, xalçalar, musiqi alətləri, tarixi sənədlər, qədim dövrə aid əşyalar nümayiş olundu. Eyni vaxtda İrəvan mətbəxinə məxsus şirniyyatlarla çay süfrəsi təşkil edildi. Növbəti günlərdə də sərgiyə gələn yüzlərlə insan, o cümlədən gənclər və uşaqlar oradakı fotoalbom və qədim əşyaları maraqla seyr etdilər. Təqdimat və sərgi vaxtı iştrakçılar maraqlı fotoşəkillər çəkdilər.

Əli Vəliyev

XƏBƏR LENTİ
Mədəni / 01.11.2023 11:10
“Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” – sərgi və fotoalbomun təqdimatı - FOTO
Siyasi / 31.10.2023 19:53
Ermənistan Qarabağ ermənilərinə qaçqın statusu vermir - FOTO - VİDEO
Müsahibə / 31.10.2023 19:12
“Ermənilərdə terror təşkilatları üstünlük təşkil edib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil / 31.10.2023 17:43
Qədim İrəvan – Hər daşı bir abidə - FOTO
İdman / 31.10.2023 16:12
Şəhid jurnalistlərin Xatirə Turnirində yarımfinalçılar DUELƏ ÇIXIR
Dünya, Siyasi / 31.10.2023 14:00
Göyçə və Zəngəzur boşalır, 60 min erməni evləri tərk edib – ANONS - VİDEO
Müsahibə / 30.10.2023 20:20
“Qərbi Azərbaycana qayıdış mərhələli şəkildə həyata keçiriləcək” - FOTO - VİDEO
Gündəm / 30.10.2023 12:15
Turnirin 3-cü turu – yaddaqalan məqamlar - FOTO
İdman / 30.10.2023 11:00
Üçüncü tur – epizodlar, qollar, bombardirlər, növbəti oyunlar – CƏDVƏL - VİDEO
İdman / 29.10.2023 23:01
Üçüncü tur yekunlaşdı, yarımfinalçılar bəlli oldu - FOTO
Hərbi / 29.10.2023 21:26
Qərbi azərbaycanlı qəhrəman haqqında bilinməyənlər - VİDEO
İdman / 28.10.2023 21:31
“Loru-Borçalı” adını yarımfinalçılar sırasına yazdırıb
Gündəm / 28.10.2023 19:50
Bayandur xanın məzarı yerləşən Toxluca kəndi
Hadisə, Maraqlı, Video müsahibə / 27.10.2023 20:00
“Qaraçantada qalan məktəbli çantamı mütləq gedib axtaracam…” - FOTO - VİDEO
Elm və təhsil / 27.10.2023 17:49
İstanbulda Dilarə Seyidzadənin monoqrafiyasının təqdimatı olub - FOTO - VİDEO
Maraqlı, Sosial / 27.10.2023 14:24
“Qaraçantalı 11 yaşlı uşağın daşlaşmış xatirəsi” – ANONS
Sosial / 27.10.2023 11:52
“Vəli müəllim həqiqətən də ölənə kimi yaşadı” – OĞULUN QEYDLƏRİ
İdman / 27.10.2023 10:36
Şəhid jurnalistlərin Xatirə Turnirində son tur həftəsonu yekunlaşır - FOTO
Mətbuat / 27.10.2023 07:29
Etibarlı istinad mənbəyinə çevrilən 9 yaşlı “Report”
Dünya, Siyasi / 26.10.2023 19:40
Avropa İttifaqının müşahidəçiləri Ermənistanda absurd missiya həyata keçirirlər - FOTO - VİDEO
Dünya, Siyasi / 26.10.2023 14:04
Ermənilərin və avropalı missonerlərin fırıldağı – ANONS - VİDEO
Siyasi, Sosial / 25.10.2023 19:56
“Ermənilərin Ağində saxtalaşdırma əməliyyatı” - FOTO - VİDEO
Mətbuat / 25.10.2023 18:21
MEDİA Agentliyində Türkiyə İnternet Media Birliyinin rəsmiləri ilə görüş keçirilib - FOTO
Siyasi, Təhlil / 25.10.2023 16:28
Avropalı vasitəçilərə etimadsızlıq – Nəticəsiz qalan təşəbbüslər – TƏHLİL
Hadisə, Mətbuat / 25.10.2023 14:23
Ermənilər Ağinə niyə Türkiyədən köçürülüb? – ANONS - VİDEO
Gündəm, Siyasi / 24.10.2023 20:11
Erməni alim saxta tarix düzəldənlərin gizli əməlini ifşa etdi - FOTO - VİDEO