Mədəni 07.01.2025 18:35

“Ermənilərin dağıdıb məhv etdiyi abidələrlə bağlı faktlar üzə çıxır” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Azərbaycan Milli İncəsənət Muzeyinin Heykəltəraşlıq Fondunun rəhbəri Sevda Şadlinskaya olub.

O, müasir dövrdə və reallıqda muzeylərin rolu, Azərbaycan xalqının Qərbi Azərbaycan ərazisində məhv edilən mədəni irsi, ermənilərin vandalizm aktları, dağıdılmış, erməniləşdirilmiş tarixi abidələr barədə danışıb.

Onun sözlərinə görə, muzey mədəni irsin anbarı sayılır: “Ermənilərin abidələri dağıtması ilə bağlı faktlar üzə çıxır. Qərbi azərbaycanlılara məxsus abidələr yer üzündən silinib. Bəhruz Kəngərlinin, Mirzə Qədim İrəvaninin əsərlərində deportasiya həyatı yaşayan azərbaycanlıların taleyi əks olunur. Etnik təmizləmə – əcdadlarının torpaqlarından ilkin sakinlərin izlərinin silinməsi faktları ilə bağlı dəlil və sübutlar çoxdur.  Ermənilər zaman-zaman azərbaycanlıları təqib edib, bizə məxsus toponimləri məhv edib, həm tarixi mənsubiyyətinə, həm də etnik tərkibinə görə azərbaycanlılara və türklərə məxsus ərazilərə sahib çıxmağa çalışıblar. Şübhəsiz ki, bu ağrı, bu yaralar bizim ailəmizdən də yan keçməyib. Biz İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuş el qəhrəmanı Abbasqulu bəy Şadlinskinin nəslindənik. O, öz dövründə Vedibasar əhalisini erməni talanlarından xilas edib”.

Fondun rəhbəri Qərbi Azərbaycan kimi zəngin bir bölgənin mədəniyyət və incəsənət obyektlərinin daha dərindən və hərtərəfli öyrənilməsi vacibliyini söyləyib: “Həqiqəti çatdırmaq üçün abidələri öyrənmək, qorumaq, bərpa etmək və gələcək nəslə ötürmək lazımdır”.

S.Şadlinskaya Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərindən söz açıb, Qərbi azərbaycanlıların Vətənə qayıdışının reallığa çevrilməsi üçün aparılan siyasəti yüksək dəyərləndirib və deyib ki, məhz birlik sayəsində insanlar öz doğma yurdlarına qayıdacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə yanvarın 7-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«К несчастью для армян выявлены факты об уничтоженных памятниках» 

Сегодня на Бакинском телевидении подготовлен очередной выпуск проекта «Хроника Западного Азербайджана».

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван стала Севда Шадлинская, заведующая отделом скульптурного фонда Национального музея искусств Азербайджана.

Она рассказала о роли музеев в условиях современной реальности, о культурном наследии азербайджанского народа, уничтоженном на территории Западного Азербайджана, об актах вандализма со стороны армян, об уничтоженных и арменизированных исторических памятниках.

По её словам, музей считается хранилищем культурного наследия: «Обнаружено много фактов уничтожения памятников армянами. Памятники, принадлежавшие западным азербайджанцам, стерты с лица земли. Произведения Бахруза Кенгерли и Мирзы Гадима Иревани отражают судьбу азербайджанцев, живших в депортации. Существует множество свидетельств и доказательств этнической чистки — стирания следов коренных жителей с их исконных земель. Армяне периодически преследовали азербайджанцев, уничтожали топонимы и присваивали территории, принадлежавщие азербайджанцам и тюркам как по исторической принадлежности, так и по этническому составу. Без сомнения, эта боль, эти раны не обошли стороной и нашу семью. Мы являемся потомками национального героя Аббасгулу бека Шадлинского, родившегося в селе Беюк Веди Иреванской губернии. В свое время он спас население Ведибасара от армянских погромов».

Глава фонда скульптуры подчеркнула важность более глубокого и всестороннего изучения культурных и художественных объектов такого богатого региона, как Западный Азербайджан: Чтобы донести правду, нужно изучать, хранить, реставрировать памятники и передавать будущему поколению».

С. Шадлинская рассказала о выдающихся деятелях Западного Азербайджана, высоко оценила проводимую политику по возвращению западных азербайджанцев на родину и сказала, что именно благодаря единству и воле народа, люди вернутся на родные земли.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось на русском языке 7-го января в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.

XƏBƏR LENTİ
Mədəni, Video müsahibə / 07.01.2025 18:35
“Ermənilərin dağıdıb məhv etdiyi abidələrlə bağlı faktlar üzə çıxır” - VİDEO
Təhlil / 07.01.2025 15:20
Faşizmdən xilas – Paşinyanın yuxusu, xülyası və reallıq – TƏHLİL
Siyasi, Sosial / 07.01.2025 14:02
Türk tayfalarının Qərbi Azərbaycan məkanları – ANONS
Mədəni / 07.01.2025 13:26
Qərbi Azərbaycanda məhv edilən mədəni irs – ANONS
Siyasi / 07.01.2025 10:22
Ermənistanın etnik təmizləmə siyasəti - FOTO - VİDEO
Müsahibə / 06.01.2025 22:14
“Kəndimizin mollasını sovet hökuməti Sibirə sürgün etmişdi” - VİDEO
Təhlil / 06.01.2025 16:10
Ter-Petrosyan – Qarabağda və Ermənistanda törədilən cinayətlərin ortağı – TƏHLİL
Siyasi, Təhlil, Video müsahibə / 05.01.2025 11:00
Ermənilərin 600 illik planı və Levon Ter-Petrosyanın sensasiyalı etirafı - FOTO - VİDEO
Mətbuat, Siyasi / 03.01.2025 13:28
“2025: hədəflənən prioritetlərə baxış və perspektivlər” – MƏQALƏ
Gündəm / 01.01.2025 00:14
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Müsahibə, Səhiyyə / 30.12.2024 22:28
“İqlim dəyişikliyi soydaşlarımızın kütləvi ölümünə səbəb olub” - VİDEO
Mətbuat, Siyasi / 30.12.2024 21:23
Beynəlxalq hüquqa əsaslanan yeni regional siyasi reallıq – MƏQALƏ
Təhlil / 30.12.2024 14:26
Əsəddən Makrona gedən yol – Fransada hökumət böhranları – TƏHLİL
Gündəm, Siyasi / 30.12.2024 11:31
Rizvan Nəbiyev: “Prezidentin mesajları beynəlxalq mülki aviasiya təhlükəsizliyi üçün çox önəmlidir” - FOTO - VİDEO
Gündəm / 29.12.2024 15:02
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - FOTO - VİDEO
Gündəm / 29.12.2024 12:31
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib - FOTO - VİDEO
Elm və təhsil / 28.12.2024 22:27
“Ermənilərin Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələr” - VİDEO
Elm və təhsil / 28.12.2024 13:25
Erməniləşdirilən türk xristian məbədləri – ANONS - VİDEO
Siyasi, Sosial / 27.12.2024 22:45
“Erməni məkrliyi yeniyetmə və gəncliyimi əlimdən alıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.12.2024 13:43
“Atamın arzusu yarımçıq qaldı” – Vüqar Namazovun “Həyat Hekayəsi” - VİDEO
Təhlil / 26.12.2024 22:40
Əliyev ilk dəfə detalları açıqladı, Paşinyan çətin vəziyyətə düşdü - VİDEO
Təhlil / 26.12.2024 15:00
Pezeşkiandan “günah keçisi” düzəltmək cəhdi – TƏHLİL
Təhlil / 26.12.2024 13:22
“300 min azərbaycanlı Paşinyanın elektoratı ola bilər” – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2024 22:26
“Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar” - VİDEO
Gündəm / 25.12.2024 15:32
Azərbaycanda matəm elan edildi – SƏRƏNCAM
Gündəm, Hadisə / 25.12.2024 15:04
Aktauda baş verən təyyarə qəzasında son durum – YENİLƏNİR - FOTO - VİDEO