Müsahibə 28.07.2025 23:27

“Qərbi azərbaycanlıların deportasiyasını dilə gətirmədən Qarabağdakı faciələri izah etmək mümkün deyil” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, Jurnalist Rufik İsmayılovun müsahibi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu olub.

O, Qərbi Azərbaycanın Qarakilsə rayonundan, ana babasıgildə keçirdiyi qayğısız uşaqlıq illərindən söhbət açıb. Qeyd edib ki, Qərbi Azərbaycan ürəyinin bir parçasıdır və orada yaşadığı xoş günlər ömür boyu yadından çıxmayacaq. Müsahib anasının söylədikləri əsasında bildirib ki, babasının bacısını ermənilər ailənin gözü qarşısında yandırıb, əzab-əziyyətlə qətlə yetiriblər. Anasının dayısını isə ermənilər zəhərləyərək öldürüblər. Bu kimi çoxsaylı işgəncələrə məruz qalan ailə məcburən ata-baba yurdunu tərk edib, qaçqına çevrilib. BAMF sədrinin sözlərinə görə, 1828-ci ildə “Türkmənçay” müqaviləsi imzalanandan, İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal ediləndən sonra İrandan, Türkiyədən, sovet illərində isə dünyanın bir çox ölkələrindən kütləvi şəkildə köçürülən ermənilər Qərbi Azərbaycan ərazisində, azərbaycanlıların zorla çıxarıldığı evlərdə məskunlaşdırılıblar.

U.Rəhimoğlunun sözlərinə görə, Qərbi Azərbaycanda elə bir ailə yoxdur ki, bu faciələri yaşamamış olsun. Ümumilikdə 1828-1988-ci illərdə soydaşlarımız rusların himayəsinə sığınan ermənilərin ən müxtəlif fiziki və mənəvi terroruna məruz qalıblar. Sovet illərində Gorus rayonuna, həmçinin digər rayon mərkəzlərinə alış-verişə gedən, yaxud məcburən yolu bu yaşayış məntəqələrindən keçən azərbaycanlıların avtomobili daşa basılıb, soydaşlarımız nümayişkaranə şəkildə döyülüb, təhqir olunublar. Bütün bunların nəticəsində ötən əsrin sonlarına doğru beş yüz minə yaxın azərbaycanlı öz ev-eşiyindən didərgin salınıb. Ermənilərin vandalizmi sadəcə müsəlman türklərə – insanlara qarşı deyil, maddi-mədəniyyət nümunələrimizə, toponimlərimizə, hətta qəbiristanlıqlarımıza münasibətdə də özünü büruzə verib. Misal üçün, ermənilər Ağdü kənd qəbiristanlığını, eləcə də digər yaşayış məntəqələrində azərbaycanlılara məxsus məzarlıqları dağıdıblar.

Fondun rəhbəri BAMF tərəfindən Azərbaycan həqiqətlərinin konkret faktlarla beynəlxalq aləmə çatdırıldığını vurğulayıb. Bildirib ki, beynəlxalq əhəmiyyətli tədbirlərdə Qərbi Azərbaycanlıların deportasiyasını dilə gətirmədən Qarabağdakı faciələri izah etmək mümkün deyil. BAMF prezidenti gec-tez haqq-ədalətin öz yerini tapacağını, soydaşlarımızın Qərbi Azərbaycana mütləq qayıdacağını söyləyib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyulun 28-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə, Mətbuat / 28.07.2025 23:27
“Qərbi azərbaycanlıların deportasiyasını dilə gətirmədən Qarabağdakı faciələri izah etmək mümkün deyil” - VİDEO
Elm və təhsil, Mədəni / 26.07.2025 23:26
“Gəlinin evə girişi – qədim türklərdə mistik mərasim” - VİDEO
Siyasi, Sosial / 25.07.2025 21:51
“Deportasiya cücərtilərini 1986-cı ildən hiss edirdik” - FOTO - VİDEO
Hərbi, Video müsahibə / 25.07.2025 18:02
“Əsl jurnalist ömrü bitmir…” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.07.2025 14:22
“Baba ocağının çırağını yandırmaq istəyirəm”- İslam Mahmudovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Mətbuat / 25.07.2025 11:40
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” – XƏBƏR VƏ TELESÜJETLƏR - FOTO - VİDEO
Təhlil / 24.07.2025 21:59
Bakının qəti mövqeyi: “Heç bir erməni sərhədçisi olmayacaq” - VİDEO
Təhlil / 24.07.2025 14:54
Azərbaycanın Zəngəzur hədəfi – ANONS - VİDEO
Sosial / 23.07.2025 23:57
“İrəvan Bakıdan daha böyük türk-müsəlman ruhu ilə seçilirdi” - VİDEO
Sosial / 23.07.2025 13:55
İrəvanda türk idealogiyası – ANONS - VİDEO
Gündəm / 23.07.2025 10:00
İlham Əliyev: “Şəhid olmuş media nümayəndələrimizin şücaəti və qəhrəmanlığı heç zaman unudulmayacaq”
Siyasi, Sosial / 22.07.2025 23:34
Aşağı Gödəkli, Aşağı Körpülü, Aşağı Gəzbin – türk tarixinin izi - VİDEO
Mətbuat / 22.07.2025 20:01
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 22.07.2025 19:32
“İndiki Ermənistan nə üçün Qərbi Azərbaycan adlandırılır?” - VİDEO
Gündəm / 22.07.2025 19:22
Prezident İlham Əliyevin milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti
Sosial / 22.07.2025 14:22
“Gödəkli” etnonimindən yaranan kənd – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 22.07.2025 13:29
Çuxursəad Azərbaycan torpağıdır – ANONS - VİDEO
Gündəm / 22.07.2025 09:19
Prezident rəsmi sosial şəbəkə səhifələrində Milli Mətbuat Günü münasibətilə paylaşım edib
Müsahibə / 21.07.2025 23:50
“Qərbi Azərbaycanda nəşr olunan ilk mətbu orqan “Lək-lək” jurnalıdır” - VİDEO
Təhlil / 21.07.2025 17:14
İlham Əliyevin Xankəndi açıqlamaları – Azərbaycanın regional və qlobal miqyasda önəmi – ŞƏRH
Elm və təhsil, Mədəni / 19.07.2025 23:20
“Türklərin milli kimliyi onun folklorundadır” - VİDEO
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO