Elm və təhsil 21.06.2025 22:11

“Qıpçaqlar Qafqazda Albaniya sivilizasiyasını yaradıblar” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qafqazın ən qədim sakinləri qıpçaq türkləridir” adlı buraxılışda Dünya Türkologiya Mərkəzinin sədri, tarix elmləri doktoru Güllü Yoloğlu qıpçaqlara məxsus olan Albaniyanın tarixi və mədəniyyətinə erməni təcavüzündən söz açıb.

O bildirib ki, türk dədələrimiz Altaydan gəlmə deyillər: “Türklərin on faizi qıyıq gözdülər. Xakasiyaya atçılığı, əkinçiliyi Xəzər ətrafından köçən türklər gətirib. Azərbaycan ərazisindəki türk kurqanları Sibirdəkilərdən daha qədimdir. Hunların IV əsr köçü zamanı türklər Qafqaza qayıdıb”.

Onun sözlərinə görə, hunların tərkibində Kimmerlər də Qafqaza qayıdıb: “Kimmerlər Qafqazdan Sibirə gedib, Kemerovo şəhərini salıblar”.

Tarixçi deyib ki, Qafqazın ən qədim sakinləri qıpçaq türkləridir: “Rusiya alimlərinin araşdırmasına görə, türklər Sibirə gəlmədir. Rusiya alimlərinin tədqiqatı Altay nəzəriyyəsini darmadağın edib”.

G.Yoloğlu qıpçaqların olan Albaniyanın tarixi və mədəniyyətinə erməni təcavüzündən danıçıb və deyib ki, qıpçaqlar Qafqazda Albaniya sivilizasiyasını yaradıblar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 21-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 21.06.2025 22:11
“Qıpçaqlar Qafqazda Albaniya sivilizasiyasını yaradıblar” - VİDEO
Siyasi, Sosial / 20.06.2025 22:25
“Ləlvər dağından axan sudan limonad düzəldirdik” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.06.2025 13:22
“Nənəm çörək bişirəndə ermənilərə də verirdi…” – Sona Əliyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 19.06.2025 22:50
“İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək” - VİDEO
Siyasi / 19.06.2025 14:36
İrəvanın İran təlaşı – ANONS - VİDEO
Elm və təhsil / 18.06.2025 22:47
“Azərbaycanın böyük mədəniyyət mərkəzi Qərbi və Cənubi Azərbaycan olub” - VİDEO
Elm və təhsil / 18.06.2025 13:44
“Şumerlər türk mənşəlidir” – ANONS
Siyasi, Sosial / 17.06.2025 22:35
Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq – türk tarixinin izi - VİDEO
Sosial / 17.06.2025 14:32
Başqa adı Çimənkənd olan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 16.06.2025 22:43
“SSRİ dövründə Ermənistan iqtisadiyyatı Azərbaycandan asılı olub” - VİDEO
Elm və təhsil / 14.06.2025 22:49
“Türklərin qədim adları oğuzlar olub” - VİDEO
Siyasi, Sosial / 13.06.2025 22:36
“Hələ 1977-ci ildə marşal Bağramyan demişdi ki, türkləri qovacağıq” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.06.2025 14:29
“Sallı həsrəti ilə böyüyən Afaq Mustafayevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.06.2025 22:37
“Ermənistanın Milli Arxivindən Qərbi Azərbaycanla bağlı materiallar Azərbaycana verilib” - VİDEO
Təhlil / 12.06.2025 13:34
İrəvan təşvişdə – ANONS - VİDEO
Elm və təhsil / 11.06.2025 23:10
“Türk mədəniyyətinin izləri Qafqazda 6 min ildir var” - VİDEO
Elm və təhsil / 11.06.2025 13:22
Türk tarixini dəyişdirən sikkə – ANONS - VİDEO
Mədəni / 11.06.2025 12:44
Bəstəkar Ruhin İsmayılov Londonda “Böyük Mükafat”a layiq görülüb - FOTO - VİDEO
Siyasi, Sosial / 10.06.2025 22:33
Aşağı Axtala, Aşağı Bədili, Aşağı Qanlıca – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 10.06.2025 19:59
“Ermənilərin fikri: “Azərbaycanlıların qayıdışı erməni dövlətçiliyinin sonudur” - VİDEO
Sosial / 10.06.2025 14:35
Yunanların yerləşdirildiyi türk yurdu – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 10.06.2025 13:22
“İrəvanda daxili siyasi gərginlik artır” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 09.06.2025 22:28
“Göyçəni görmək, oradan reportaj hazırlamaq istəyirəm” - VİDEO
Gündəm / 06.06.2025 00:01
Azərbaycanda Qurban bayramı qeyd olunur
Siyasi, Təhlil / 05.06.2025 22:29
“Paşinyan seçkilərdə əlavə 10 faiz səsi Qərbi Azərbaycanlılardan toplamağa çalışır?“ - VİDEO
Siyasi, Təhlil / 05.06.2025 14:21
Alen Simonyanın iddiası: “Azərbaycanlılar qayıdır” – ANONS