Dünya 12.07.2023 19:35

Ermənilər Qırxbulaq mahalına necə yerləşdirilib? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə tarixən ermənilər tərəfindən parçalanan, bölünən, zəbt edilən, zəngin təbiətli qədim ərazilərimizdən olan Qırxbulaq mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, ““Bölünüb parça-parça edilən Qırxbulaq mahalı” adlı süjetdə Qərbi azərbaycanlıların daim erməni şovinistləri tərəfindən deportasiyaya məruz qalaraq məcburən qədim ata-baba yurdlarından, hər qarışında ayaq izləri qalan oğuz yurdundan didərgin salındığı, yaşadıqları ərazilərin mənimsənildiyi faktlarla ortaya qoyulur.

Bildirilir ki, XVIII və XIX əsrlərdə inzibati ərazi vahidi kimi adı Qırxbulaq çayından götürülən və bütün dövrlərdə azərbaycanlıların yaşadığı bu məkan orta əsrlərdə Qırxbulaq mahalı adı ilə İrəvan xanlığının tərkibinə daxil olub: “Bu toponim Azərbaycan dilində “çoxlu” mənasında işlənən qırx və bulaq sözləri əsasında yaranıb. 1728-ci ilin icmal dəftərinə görə, Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Qırxbulaq nahiyəsində 30-dan çox kəndlər mövcud olub. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələri nəticəsində Qırxbulaq mahalında 26 kənd dağıdılıb. 1828-ci ildə Qırxbulaq mahalında 22 kənd olub və 1905-ci ildə isə Qırxbulaq mahalında 3 kənd tamamilə məhv edilib”.

Qeyd olunur ki, şimaldan Axta rayonu, şərqdən Göyçənin Kəvər rayonu, cənubdan Vedi və Qəmərli rayonları, qərbdən Əştərək rayonu, cənub-qərbdən İrəvan şəhəri ilə həmsərhəd olan Qırxbulaq mahalına 1831-ci ildən sonra Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilib: “1905-1906-cı illərdən başlayaraq azərbaycanlılar sıxışdırılıb. 1906-cı ildən burda ermənilər yaşayıb. Sovet işğalından sonra – 1930-cu il sentyabrın 9-da Qırxbulaq mahalı ərazisində Ellər rayonu yaradılıb. 1961-ci il oktyabrın 12-dək Kotayk bölgəsi, həmin tarixdən etibarən isə Abovyan olaraq dəyişdirilib. 1990-cı ildə isə Abovyan bölgəsi yenidən Kotayk adlandırılıb”.

Süjetin sonunda diqqətə çatdırılır ki, yüksək dağ silsilələri ilə zəngin, qədim körpüləri, məscidləri və türk xristianlığının izi olan məbədləri ilə məşhur olan bu mahal hayların hazırladığı xəyanət torunun qurbanı olsa da əzəli sahibləri buz bulaqları, saysız-hesabsız çeşmələri ilə yaddaşlara hopan Qırxbulaq mahalına yenə sahib çıxacaqlar: “Çünki əsas hədəf Qərbi Azərbaycana qayıdışdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında mayın 31-də saat 19:30-da Baku Tv-nin efirində və 20:30-da isə Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mədəni / 31.07.2023 20:05
Ermənistan hökumətinin toponim cinayətləri - FOTO - VİDEO
Təhlil / 31.07.2023 16:48
Rəsmi İrəvan və havadarlarının saxta ittihamı – TƏHLİL
Hadisə, Maraqlı, Video müsahibə / 29.07.2023 21:47
1987-ci ildə yazılmış ərizə nədən xəbər verir? - VİDEO
Hadisə, Maraqlı / 28.07.2023 20:07
“Dəmirçiyanın sifarişi ilə bibim oğluna iynə vurub öldürdülər” - FOTO - VİDEO
Hadisə / 28.07.2023 14:19
“Babam 1905-ci ildə daşnakların təqibi ilə qətlə yetirildi”- ANONS
Dünya, Siyasi / 27.07.2023 19:38
Qərbi azərbaycanlıların və yəhudilərin oxşar taleyi - FOTO - VİDEO
Dünya, Siyasi / 27.07.2023 14:14
Paşinyan Qərbi azərbaycanlılardan niyə qorxur? – ANONS - VİDEO
Dünya, Siyasi / 26.07.2023 19:37
Rusiyaya qarşı üsyan qaldıran Pəmbək türkləri - FOTO - VİDEO
Dünya, Təhlil / 26.07.2023 17:40
Moskvanın Brüssel həmləsi – Rusiya sülh tərəfdarıdırmı? – TƏHLİL
Siyasi / 26.07.2023 14:51
Çarın itaətini qəbul etməyən Pəmbək mahalı – ANONS
Hadisə, Mətbuat / 25.07.2023 20:00
Baş redaktorun intihar kimi təqdim olunan müəmmalı qətli - FOTO - VİDEO
Mədəni / 25.07.2023 16:16
Daim axtarışda olan yaradıcı insan – Araz Yaquboğlu 50 - FOTO
Dünya, Təhlil / 25.07.2023 11:29
İrəvanda səslənən ittihamlar – Rusiyada yeni inqilaba eyham – TƏHLİL
Hadisə / 25.07.2023 11:18
Qərbi Azərbaycan Xronikası – 42 il gizli qalan mətləblər – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 24.07.2023 20:03
“Ailəmin məruz qaldığı deportasiyanı mənən yaşayıram” - FOTO - VİDEO
Mədəni / 24.07.2023 13:02
Şahin Əliyev “Hacı Zeynalabdin Tağıyev” medalı ilə təltif olunub - FOTO
Mədəni / 23.07.2023 11:04
Həmişə zirvələrdə ol Vətən oğlu
Maraqlı, Video müsahibə / 22.07.2023 19:52
Qisas almaq üçün 72 nəfəri qətlə yetirdilər - FOTO - VİDEO
Gündəm, Mətbuat / 22.07.2023 09:23
Azərbaycanda Milli Mətbuat Günüdür
Hadisə, Maraqlı / 21.07.2023 20:17
“16 yaşında Vətəni məcburiyyət qarşısında tərk etmişəm” - FOTO - VİDEO
Hadisə / 21.07.2023 12:47
İlhami Hüseynovun “Həyat Hekayəsi” Qərbi Azərbaycan Xronikasında – ANONS
Dünya, Təhlil / 20.07.2023 19:35
“Qayıdış İrəvandan, yoxsa Moskvadan asılıdır? - FOTO - VİDEO
Mədəni / 20.07.2023 17:16
Publisist Araz Yaquboğlu AJB və AAB-a üzv qəbul edilib - FOTO
Dünya, Siyasi / 20.07.2023 12:58
Qərbi azərbaycanlıların Vətənə dönüş ümidi – ANONS
Dünya / 19.07.2023 19:42
Adı 4 dəfə dəyişdirilib 4 rayona bölüşdürülən Loru mahalı - FOTO - VİDEO
Hadisə, Maraqlı / 19.07.2023 13:05
Loru mahalı necə erməniləşdirildi? – ANONS