Dünya 21.11.2020 11:37

Qlobal iqtisadiyyat çökür

Bu ilin doqquz ayı ərzində qlobal iqtisadiyyatın dinamikası milli hökumətlərin karantin tədbirlərinin sərtliyinə müvafiq olaraq dəyişib.

Rakus.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul Siyasəti İcmalı”nda məlumat verilib.

Bildirilib ki, ilin ortasına doğru nisbətən səngiyən COVID-19 pandemiyasının, avqustdan yenidən güclənməsi ilə bir çox ölkələrdə yenidən məhdudlaşdırıcı tədbirlər bərpa edilib.

Çində bərpa prosesinin gözləniləndən daha sürətli olmasına baxmayaraq, qlobal iqtisadi aktivlik göstəricilərinin pandemiya öncəsi fəaliyyət səviyyələrinə qayıtması çox ləng gedir. Ümumilikdə dövr ərzində qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər yüksək olaraq qalıb, karantin tədbirləri istehlak və investisiyaları azaltmaqla istehsala və ticarətə mənfi təsir göstərib.

2020-ci ilin ötən dövründə pandemiya nəticəsində qlobal iqtisadiyyatda aktivlik azalıb.

Dünya iqtisadiyyatında 62 faizdən çox paya malik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri üzrə Biznes İnam İndeksi II rübdəki kəskin enişin ardınca III rübdə ilin əvvəlindəki səviyyəyə qayıtsa da, İstehlakçı İnam İndeksi III rübdə bir qədər yüksəlməsinə baxmayaraq hələ də ilin əvvəlindəki səviyyədən çox aşağıdır.

Müşahidə edilən meyilləri nəzərə alaraq beynəlxalq maliyyə-kredit təşkilatları qlobal iqtisadi aktivliklə bağlı proqnozlarını müxtəlif istiqamətlərdə təshih edirlər. Beynəlxalq Valyuta Fondu oktyabrda dünya iqtisadiyyatının dinamikası ilə bağlı proqnozu yaxşılaşdırmaq istiqamətində təshih edib. “Qlobal İqtisadi İcmal” hesabatı ilə açıqlanan yeni proqnoza görə 2020-ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir.

Müsbət təshihin səbəbi III rübün əvvəlində COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyət tədbirlərinin tədricən aradan qaldırılması və ilin sonuna doğru bərpa prosesinin sürətlənəcəyi gözləntisi idi.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO