Qlobal neft tələbatı gündəlik azalacaq

Bu ildə qlobal neft tələbatının ötən ilə görə sutkada 8 milyon 400 min barrel azalacağı nəzərdə tutulur.
Rakus.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA-ya görə, koronavirus epidemiyasında ikinci dalğa təsirlərinin Avropada mart-may aylarındakı qədər şiddətli hiss edilməsə də, yeni səyahət məhdudiyyətlərinin tətbiqinin bu azalmaya təsir edəcəyini bildirib.
Bu il neftə olan gündəlik tələbatda 33 milyon 600 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 28 milyon 700 min barrellə Amerika qitəsi və 13 milyon 300 min barrel ilə Avropa qərarlaşacaq.
Gələn il sutkada 97 milyon 100 min barrelə çatacağı nəzərdə tutulan qlobal neft tələbatının Asiya-Sakit Okean bölgəsində 35 milyon 500 min barrel, Amerikada 30 milyon 600 min barrel, Avropada isə 14 milyon 300 min barrel olacağı gözlənilir.