Qonşu ölkədən 119 vətəndaş təxliyə olundu
Gürcüstandan daha 320 nəfər Azərbaycana təxliyə edilib.
Rakus.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə edilənlərdən 119-u Azərbaycan, qalanları isə Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşıdır.
Onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd keçid məntəqəsinə yola salınıblar.
Təxliyyə edilənlər ötən gün Tbilisidəki klinikalardan birində PCR testindən keçiriliblər və onlardan heç birində virusa yoluxma müəyyən edilməyib.
Pandemiya dövründə Gürcüstandan Azərbaycana ümumilikdə 2060 nəfərin təxliyyəsi həyata keçirib, 398 vətəndaşımızın isə müxtəlif ölkələrdən Gürcüstan ərazisi ilə ölkəyə qayıdışı təmin edilib.