Qonşu ölkıdən 350 nəfər təxliyə ediləcək
Azərbaycanın Gürcüstandakı səfirliyi daha 350 nəfərin ölkəmizə təxliyəsini həyata keçirəcək.
Rakus.az xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə və Ukrayna vətəndaşları olan azərbaycanlılar da var.
Təxliyə olunacaq şəxslər sentyabrın 13-də Gürcüstandakı klinikaların birində koronavirusla bağlı test veriblər. Testlərin cavabı 24 saat ərzində məlum olacaq. Test cavabı neqativ olan şəxslər səfirlikdən COVID-19 arayışı alacaqlar. Sənəd 48 saat ərzində qüvvədə olacaq.
Təxliyə olunan şəxslər sentyabrın 14-də səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Xatırladaq ki, pandemiya dövrü başlayandan bu günədək səfirlik 2 mindən çox azərbaycanlının Gürcüstandan təxliyəsini həyata keçirib.