Şəki şəhərinin mərkəzində görüntülənən qonur ayı tutulub.
Rakus.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verib.
“Ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq. Qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, qonur ayıya da zərər dəyməsin. Ayının sağ-salamat Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”.