“Qorqud və Böyük Çölün melodiyaları” festivalı başa çatdı
Qazaxıstanın Qızıl Orda vilayətində türkdilli ölkələrin ənənəvi folklor və musiqi sənətinin “Qorqud və Böyük Çölün melodiyaları” festivalı keçirilib.
Rakus.az xəbər verir ki, TÜRKSOY-un və Qızıl Orda vilayəti rəhbərliyinin təşkil etdiyi festivalda Qazaxıstan, Türkiyə, İran, Gürcüstan, Azərbaycan, Özbəkistan və Qırğızıstandan təxminən 150 nümayəndə iştirak edir. Tədbir çərçivəsində regional mərkəzdə “ Dədə Qorqud irsinin türkdilli dünyadakı rolu” adlı beynəlxalq elmi-nəzəri konfrans və türkdilli ölkələrin gənclərinin görüşü keçirilib.
Festival iştirakçıları Karmakşı rayonundakı Qorqud ata xatirə kompleksini ziyarət ediblər. Tədbir çərçivəsində elmi-nəzəri konfrans, sənətkarların sərgisi və tematik görüşlər təşkil edilib.
Xatırladaq ki, festival hər 3 ildən bir keçirilir.