Mədəni 28.02.2023 10:31

Qoşqar Vəli yazır: “Od çərşənbəsinə atəşpərəstlikdən əvvəl təmizləyici varlıq kimi yanaşılıb”

Bu gün od çərşənbəsidir. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur.

Od çərşənbəsi od rəmzi kimi yandırıb-yaxan, istilik verən məfhum kimi deyil, sayalı, müqəddəs bir varlıq kimi təsvir edilir. Ayrılıq, pis niyyət daşıyan bu çərşənbəyə zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl təmizləyici varlıq kimi yanaşılıb.

Od çərşənbəsi Göyçə mahalının Ardanış kəndində də çox təmtəraqla keçirilirdi. Kəndin yaxınlığında yerləşən dağ yüksəkliklərində və bütün həyətlərdə tonqallar yandırılardı. Uşaqlar, cavanlar, yaşlılar da tonqallar üstündən hoppanıb, deyərdilər: “Ağırlığı, uğurluğum bu tonqalda yansın”.

Uşaqlar axşamdan məftillə köhnə parçalar bağlayar , lopa ( məşəl ) düzərdərdilər. Axşamdan lopaları neftin içərisində saxlayar, çərçənbə axşamı yandırıb başları üzərində yellədərdilər.

Bu əyləncə xarakterli olsa da elm sübut edir ki, alovu insan ətrafında fırlamaqla onun ətrafındakı mənfi enerjini dağıtmaq mümkündür. Köhnə evlərin üstündə dəmir payalarda ailə üzvlərinin sayına uyğun olaraq məsəllər (lopalar) yandırılardı.

Tonqal qalamaq, lopa yandırmaq mərasimləri martın əvvəlindən başlayaraq hər gün icra edilərdi. Uşaqların tonqaldan zövq alması ilə yanaşı, bu həm də məhəllədə , həyət – bacadan lazımsız samanın, köhnə nə varsa təmizlənməsinə şərait yaradardı. Kəndin ətrafındakı dağlarda yağlı və tez alışan gəvən bitkisinə od vurub yandıranda eyni vaxtda yüzlərlə məşəllərin saatlarla yanmasından şahidi olardıq.

Küləkli havada isə bu atəş sönməz, saatlarla davam edərdi. Uşaq düşüncəsinin məhsulu olan bu mərasimin öz gözəlliyi vardı.

Od çərşənbəsi həm də Günəşin və odun insanlar üçün nə qədər əziz olması ilə bağlıdır.

Od çərşənbəniz mübarək!

Müəllif – Qoşqar Vəli

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO