Mədəni 27.02.2024 09:00

Qoşqar Vəli yazır: “Su çərşənbəsi suya tapınmaq inamı ilə başlayır” - FOTO

Bu gün türk dünyasınən ən kütləvi və milli bayramlarından olan Novruzun ilk su çərşənbəsi qeyd olunur.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var.

Məsələn, inanclarda deyilir:

1. Süfrəyə su dağılması aydınlıqdır,

2. Su içən adamı qəfil vurmazlar,

3. Su içən adamı ilan çalmaz,

4. Lal axan sudan keçərkən suyum irəlilə deyərlər

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:

1. Su olan yerdə dirilik olar,

2. Su ehsandır,

3. Su murdarlıq götürməz,

4. Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın Su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Novruz bayramı xalqımızın zəngin və bəşəri məna daşıyan bayramlarından biridir. Yüzilliklər boyu xalqımızın ruhunu qidalandıran bu bayramda daxili aləmimizin bütün zənginliyi yaşanır.

Həyat göstərir ki, ictimai-siyasi, maddi və mənəvi sıxıntılara baxmayaraq bu bayram xalqımızın ən gözəl adət – ənənəsi olaraq qalmaqdadır. Bu adət- ənənənin davamçısı olaraq Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndinin sakinləri də əsirlikdə qalan yurd yerimizdə milli dəyərlərimizi saxlamaqla bu adət-ənənəyə daha orjinal, özünəməxsus cizgilər gətirmişlər.

Şimal yarımkürəsində yazın başlandığı, gecə ilə gündüzün bərabərləşdiyi gündə keçrilən Novruz bayramında yazın gəlişi, təbiətin oyanması qeyd edilir.

Novruz bayramı günü küsülülərin barışığı, qızlara nişan üzüyünün, qonşulara, kirvələrə bayram payının aparıldığı bir bayramdır. Ardanış kəndində də Novruz bayramı xüsusi təmtəraqla keçirilirdi. Böyüklərin dediyi kimi, Boz ay daxil olduqdan sonra birinci çərşənbədən başlayaraq dörd çərşənbə ərzində müxtəlif ayin və mərasimlər keçrilərdi. İlk çərşənbədə ən yaxşı buğda yuyulub təmizlənər, səməni qoyulardı.

İlk çərşənbə olan Su çərşənbəsi suya tapınmaq inamı ilə başlayır. İnama görə Su çərşənbəsi günü su üstündən keçənlər azar-bezarını suya tökər, il boyu xəstələnməzdilər. Bu çərşənbədə gənc qızlar sübh tezdən bulaqdan, çaydan, arxdan su gətirirdilər. Yığışıb öz bəxtlərini yoxlayardılar. Qızlar üzüklərini qabdakı suya atardılar. Üzük qabın divarlarına dəyib neçə dəfə cingildəsə idi, qız həmin sayda ildən sonra gəlin köçəcəkdi.

Su çərşənbəsində özünəməxsusluğu ilə fərqlənən Ardanışda xüsusi şövqlə həyata keçrilən bir ənənə var idi ki, buna sulaşma deyərdilər. “Sulaşma”nın qaydalarına görə, ya aşkar, ya gizli şəkildə cavanlar, uşaqlar bir – birini üstünə bacardıqları qədər su atardılar və bundan heç kim inciməzdi.

Bildirək ki, Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Su çərşənbəniz mübarək!

Qoşqar Vəli – araşdırmaçı

XƏBƏR LENTİ
Mədəni / 27.02.2024 09:00
Qoşqar Vəli yazır: “Su çərşənbəsi suya tapınmaq inamı ilə başlayır” - FOTO
Müsahibə, Video müsahibə / 26.02.2024 22:25
“Qəbiristanlığı, dini abidəni dakiğıtmaq vəhşiliyin nümunəsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm / 26.02.2024 17:30
İlham Əliyev: “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı” – YENİLƏNİB - FOTO
Gündəm / 26.02.2024 17:20
Prezidenti İlham Əliyev Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib
Hadisə, Sosial / 26.02.2024 17:01
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı
Siyasi, Təhlil / 26.02.2024 16:11
ABŞ-da “yaş öz işini görür” – TƏHLİL - FOTO
Gündəm / 26.02.2024 14:19
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 26.02.2024 12:00
Bayraməli Şükür – “Xocalı” poeması - FOTO
Gündəm / 26.02.2024 00:03
Xocalı soyqırımından 32 il ötür - FOTO
Maraqlı, Mədəni / 24.02.2024 22:02
Monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan kənd - FOTO - VİDEO
Hadisə, Sosial / 23.02.2024 21:38
“Atamı, anamı və qardaşımı ermənilər Xocalıda girov götürdülər” - FOTO - VİDEO
Dünya, Təhlil / 23.02.2024 15:19
Paşinyanın “France 24”ə müsahibəsi – KTMT-dan çıxma mesajı – TƏHLİL
Hadisə / 23.02.2024 14:16
“Dörd dəfə köç edən ailəm Xocalıda itkin düşdü” – Tahir Seyidovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Sosial / 23.02.2024 10:10
Ardanış kənd icmasının növbəti iclası keçirilib - FOTO
Siyasi, Təhlil / 22.02.2024 20:42
Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır - FOTO - VİDEO
Elm və təhsil / 22.02.2024 17:46
“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı - FOTO
Siyasi / 22.02.2024 15:28
Paşinyan bu əraziləri təhvil verir? – ANONS - VİDEO
Siyasi, Sosial / 21.02.2024 20:09
“Hamamlı Çar Rusiyasına və sovet Ermənistanına necə birləşdirildi?” - FOTO - VİDEO
Siyasi, Sosial / 21.02.2024 13:59
Ermənilərin Hamamlıda izitirmə planı – ANONS
Səhiyyə / 21.02.2024 10:02
ATU-da Ortodontiya kafedrası fəaliyyətə başlayıb - FOTO
Mədəni, Sosial / 20.02.2024 20:56
Təpəbaşı – oğurlanmış şəhərin sızıltısı - FOTO - VİDEO
Müsahibə, Siyasi / 20.02.2024 19:07
“Osmanlı dövründə ermənilər yəhidiləri hərtərəfli sıxışdırıb” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi / 20.02.2024 17:17
“Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin fəaliyyətinə töhfəsini verəcək” – Əli Hüseynli
Gündəm, Təhlil / 20.02.2024 15:05
Prezident İlham Əliyevin Türkiyə səfəri – yeni layihələr və hədəflərə doğru - FOTO
Müsahibə / 20.02.2024 14:03
“Ermənilər həmişə antisemit olublar” – ANONS
Siyasi / 20.02.2024 11:17
“Ermənistan öz ərazisində separatçıların fəaliyyətinə qadağa qoymalıdır” – BƏYANAT