Dünya 30.06.2020 11:20

“Qüds sülh və dialoq məkanı olmalıdır” – QMİ sədri

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Sülhlə işğala qarşı” mövzusunda videokonfransın işində iştirak edib.

Rakus.az xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fələstin dövləti Baş Qazının Divanının təşkilatçılığı, Fələstinin baş qazısı Mahmud Sidqi Əl-Həbbaşın sədrliyi ilə baş tutan konfransda Şeyxülislam A. Paşazadə iştirak edib.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən Türkiyə, İndoneziya, Misir, İraq, Sudan, Malaziya, Rusiya və digər ölkələrin nazirləri, tanınmış din xadimləri və nüfuzlu ictimaiyyət nümayəndələrinin iştirak etdiyi videokonfransda Fələstin xalqının hüquqlarının müdafiəsi, BMT müstəvisində Fələstin dövlətinə hüquqi, humanitar yardımın daha da artırılmasına dair məsələlər, habelə Qüdsün taleyinə dair narahatlıq gündəmdə olub.

Videokonfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının və dövlətinin hər zaman Fələstin xalqının və dövlətinin yanında olduğunu, bu yöndə önəmli əməli addımlar atdığını vurğulayıb. Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət nümayiş etdirdiyini videokonfans iştirakçılarının nəzərinə çatdıran Şeyxülislam A. Paşazadə Azərbaycanın bütün sahələrdə Fələstinin dövlətçilik, sülh, sabitlik və davamlı inkişafla bağlı səylərini tam dəstəklədiyini xatırladıb.

Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında baş verənlərin, təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb etdiyini bildirən QMİ sədri Qüdsün Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, müsəlmanlar və əhli-Kitab üçün özəl məqam olaraq qorunub saxlanılmasının, sülh, barış məkanı olmasının zəruri olduğunu ifadə edib. O bildirib ki, Ulu Yaradanın müqəddəs qərar verdiyi, müsəlman və qeyri-müsəlmanlar üçün müqəddəs sayılan yerlərə sahib olan Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır.

Şeyxülislam A. Paşazadə beynəlxalq hüququn işləməməsi, beynəlxalq ictimaiyyətin mövqeyinin nəzərə alınmamasının təhlükəli meyl olduğunu xüsusi vurğulayıb. O birmənalı şəkildə bildirib ki, Qüdsün İsrailin bölünməz paytaxtı elan edilməsi haqqında təktərəfli qaydada verilmiş qərar və ümumən siyasi məqsəd, niyyətlər naminə Qüdslə bağlı qərar verilməsi qeyri-məqbuldur. Bu, nəinki müsəlmanların, qeyri-müsəlmanların da hüquqlarının pozulması deməkdir.

QMİ sədri öz çıxışında bildirib ki, illərdir separatçılıqdan, bölücülükdən əziyyət çəkən xalq, əzəli torpaqları, beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edən, Xocalı şəhərində törədilmiş soyqırım cinayəti də ikili yanaşmalar səbəbindən zamanında hüquqi-siyasi qiymətini almamış cinayətlər sırasında yer alan Azərbaycan Fələstinlə bağlı ədalətsiz qərarlara qarşıdır.

Fələstin probleminin sülh yolu ilə ədalətli həll olunmasının zəruriliyini vurğulayan QMİ sədri Şeyxülislam A. Paşazadə Yaxın Şərqin bu həssas bölgəsində sülh və əmniyyətin bərqərar olması üçün BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və sülh yolu ilə həllinin vacib olduğunu xüsusi qeyd edib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO