Hadisə 22.08.2019 14:11

Quşlar təyyarələr üçün ən böyük təhlükə mənbəyidir – ARAŞDIRMA - FOTO - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi bu günlərdə “MİQ-29” təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair məlumat yayıb. Bildirilib ki, qəzanın səbəbi havada quş sürüsü ilə toqquşma olub.

Təəssüf ki, təyyarələrin məhz quşlarla toqquşması üzündən qəzaya uğraması heç də nadir hadisə deyil, üstəlik son vaxtlar belə qəzaların sayı getdikcə artır.

Rakus.az xəbər verir ki, İCAO-nun (İnternational Civil Aviation Organization – Beynəlxalq Mülki Aviasiya Təşkilatı) məlumatına görə, 2001-2007-ci illərdə 42508 belə hadisə qeydə alınıb.

Ekspertlərə görə, dünyada kommersiya təyyarələrinin quşlarla toqquşmaları nəticəsində dəyən ziyanın illik məbləği 1,2 milyard dollara yaxındır.

Bu cür toqquşmalar zamanı təyyarələrin zədələnməsi onların yüksək sürəti ilə bağlıdır. Belə ki, zərbənin gücü sürət fərqinin kvadratına mütənasibdir. Məsələn, 320 km/saat sürətilə gedən təyyarə quşla toqquşsa, zərbənin gücü 3200 kilo/sm2-a yaxın, 690 km/saat sürətdə isə 30 millimetrlik mərminin zərbəsindən 3 dəfə çoxdur. Üstəlik təyyarənin məhz ön hissəsində pilot kabinasının şüşələri və turbo reaktiv mühərrik kimi həssas nöqtələr var.

ABŞ-da fəaliyyət göstərən Quşlarla Toqquşmalar Komitəsinin (Bird Strike Commettee USA) məlumatına görə, 1988-ci ildən etibarən təyyarələrin quşlarla toqquşmaları nəticəsində 200-dən çox adam həlak olub. Pentaqonun məlumatına görə, hərbi dəniz, hərbi hava və dəniz piyadaları bazalarında hər il quşlarla 3 minədək toqquşma qeydə alınır. Pilotlar üçün təhlükə yaradan, bahalı avadanlığın xarab olmasına səbəb olan belə hallara Bird/Wildlife Aircraft Strike Hazard (BASH), yəni Quşlar/Yaban Həyatla Təyyarələrin Toqquşma Risqi adı verilib.

Bu il mayın 7-də dəniz piyadaları korpusunun Yaponiyadakı İvakuni hava limanından qalxan beşinci nəsil “F-35 Joint Strike” tipli qırıcı təyyarənin quşla toqquşması nəticəsində azı 2 milyon dollarməbləğində maddi ziyan dəyib. Bu hadisə texnologiya sarıdan hətta ən modern təyyarənin belə bu cür adi hallar üzündən sıradan çıxa biləcəyinə əyani misaldır.

Bu il iyunun 30-da Hindistanın Həryana ştatının Ambala şəhərindəki hava bazasından “Jaguar” tipli qırıcı bombardmançı təyyarənin havaya qalxmasından sonra quş sürüsü ilə toqquşması nəticəsində mühərriklərdən biri sıradan çıxıb. Pilot təlim sursatı olan konteynerləri və asma yanacaq çənlərini təcili açaraq yerə atmalı olub ki, onlar yerə düşərkən partlayıb.

Ötən ilin may ayında Aralıq dənizi üzərində Rusiyaya məxsus qırıcı təyyarənin mühərrikinə quşun düşməsi nəticəsində qəzaya uğraması zamanı hər 2 pilot ölüb. Həmin il avqustun 21-də İsveçin cənubunda “Jas 39 Gripen” tipli qırıcı təyyarə də quşla toqquşaraq qəzaya uğrayıb. (report.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS