Çeçenistanın rəhbəri Ramzan Kadırov ABŞ-da “qara siyahı”ya salındıqdan sonra “döyüşü qəbul etdiyini” və “bundan sonra daha maraqlı olacağını” deyib.
Rakus.az xəbər verir ki, o, bu barədə “Telegram”dakı səhifəsində paylaşdığı fotoya yazdığı şərhdə bildirib.
ABŞ Dövlət Departamenti R.Kadırovu insan haqlarını pozmaqda ittiham edərək, ölkəyə girişinə qadağa qoyub.
“Tamam, mən yüz dəfə insan haqlarının pozucusuyam, bəs onda həyat yoldaşım və qızlarıma qarşı sanksiyaları necə izah edirsiniz? Onlar hansı cinayəti törədiblər və kimlərin hüquqlarını pozublar? Bu suala cavabınız yoxdur”, – o bildirib.
R.Kadırov söyləyib ki, ABŞ bununla dünya fitnəkarlarının və təxribatçılarının xəyanətkar simasını göstərib.