Dünya 14.09.2020 15:41

Rasim Quliyev: “Türk ittifaqı sabitliyə töhfə verəcək bir güc mərkəzi olacaq”

“Ümumiyyətlə, Türk ittifaqı ideyası həm Azərbaycanda, həm də Türkiyədə cəmiyyətlərin bir-birinə bağlılığı fonunda mövcud olub. Türk ittifaqını biz daha böyük formatda, çərçivədə təsəvvür edirik. Hətta biz bu ittifaqın təkcə Türkiyə və Azərbaycandan ibarət olmaması barədə düşünürük və çağırışlar edirik”.
Rakus.az xəbər verir ki, bu fikri “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) adlı bir qurum mövcuddur və Azərbaycan da həmin bu quruma sədrlik edir: “TDƏŞ həm Azərbaycan dövlətinin milli maraqları baxımından çox böyük önəmə malikdir, həm də perspektivinə inandığımız bir formatdır. TDƏŞ adından da göründüyü kimi əməkdaşlıq üçün bir formatdır. Hazırda bu Şurada Azərbaycan, Türkiyə, Orta Asiya dövlətləri təmsil olunur, müşahidəçi qismində isə Macarıstan iştirak edir. Bu qurumun yaranması ətrafında ilk ideya 2006-cı ildən səsləndirilsə də amma 2009-cu ildə Naxçıvanda Türkiyə, Azərbaycan və Qazaxıstanın iştirakı ilə “Naxçıvan” sazişi imzalanıb və orada bu Şuranın yaradılması elan edilib. Hazırda həmin Şurada 8 dövlət müşahidəçi qismində və Şuranın üzvü kimi təmsil olunur. Maraqlı məqam odur ki, biz o Şurada Avropa dövləti və qeyri müsəlman bir dövlət olan Macarıstanı görürük. Bunun özü də TDƏŞ-nin perspektivindən və əməkdaşlığın yeni formatından xəbər verir. Bu gün əməkdaşlığı, tərəfdaşlığı bütün dövlətlər edə bilər. Türk ittifaqı isə müttəfiqlik demək deyil. Müttəfiq olub bir ittifaqda birləşmək konkret öhdəliklər verir. Bir çox dövlətlər bəzi məsələlərdə tərəfdaşlıq və əməkdaşlıq edə bilər. Məsələn, biz Rusiya ilə bir çox məsələlərdə (siyasi, iqtisadi, hümanitar, miqrasiya və s.) əməkdaşıq və tərəfdaşıq. Ancaq biz bu dövlətlə bir ittifaqda deyilik və strateji müttəfiq deyilik. Çünki bir çox məsələlərdə bizim milli maraqlarımız Rusiyanın istəklərinə cavab vermir. Bu məsələlərdə Azərbaycan öz milli dövlət maraqlarından çıxış edərək müstəqil siyasət yürüdür.

Qeyd edim ki, bu gün texnoloji inkişaf prosesləri daha da sürətləndirir. Bu baxımdan növbəti 10 ildən sonra yəni, 2030-2040-cı illərdə Türk Şurası daha çevik əməkdaşlıq şurası olacaq və Rusiya o zaman həmin Şuraya müraciət edəcək. Düşünürük ki, Türk ittifaqı isə 2030-2040-cı illərdə dünyada sabitliyə töhfə verə biləcək bir güc mərkəzi olacaq. Məsələn, bu gün Avropa dövlətlərinin ittifaqı bir yerə yığışıblar ancaq onlar xristian klubu, islamafobiya psixologiyasından irəli gedə bilmirlər və bilmədilər də. Konkret olaraq bəzi dövlətlərə və Türkiyəyə olan münasibətdə göründü ki, Avropa ittifaqı islamafobiya psixologiyasından qurtula bilmədi və xristian klubu olaraq qaldı. Ona görə də bu gün Avropa ittifaqı tənəzzülə uğrayır. Bizim regionda Rusiyanın yaratdığı ikinci bir ittifaq isə Avrasiya ittifaqıdır. Hətta mən buna bufet ittifaqı deyərdim. Bu mənada həmin ittifaqın da uzun müddət yaşaması mümkün deyil. Çünki yarandığı gündən heç bir perspektiv vəd etmir. O baxımdan düşünürəm ki, Türk ittifaqı deyilən bir ittifaq dünyaya, regiona, bölgəyə çox böyük töhfə verən güc mərkəzi olacaq. Onu da qeyd edim ki, Azərbaycanın iştirakı olmadan nə TDƏŞ, nə də Türk ittifaqı mümkünsüzdür. Azərbaycanın geosiyasi mövqeyi, dünyadakı nüfuzu, apardığı siyasət onu deməyə əsas verir ki, Azərbaycansız bu ittifaqların heç biri mümkün deyil. Bu gün heç də təsadüfi deyil ki, bütün bu ideyaların hamısının mərkəzində Azərbaycan dayanır. Onu da qeyd edim ki, bu gün artıq dünyada Türkiyə ilə Azərbaycanın bir çox məsələlərdə baxışlarımız, milli maraqlarımız, milli mənafeyimiz üst-üstə düşür. Həmçinin Pakistanla Azərbaycanın və Türkiyənin də bir çox məsələlərdə milli maraqları üst-üstə düşür. Pakistan dövləti dəfələrlə Azərbaycanı açıq şəkildə müdafiə edib və mövqe sərgiləyib. Hətta Qazaxıstan da bu ittifaqda maraqlı ola bilər. Hesab edirəm ki, bütün bunlar sonrakı proseslərin gedişatında mümkün olacaq.

Türkiyə-Azərbaycan media platformasının yaranmasına gəlincə isə deyə bilərəm ki, bu gün hər iki dövlət dünyada müəyyən məqsədli dairələr tərəfindən haqsız olaraq əks təbliğatın, antitəbliğatın və yaxud da təbliğat, mətbuat terrorunun zərərini çəkir. Əlbəttə ki, bu baxımdan biz Türkiyənin, Azərbaycanın bir platformada birləşməsini alqışlayırıq və yüksək dəyərləndiririk. Yəni cəmiyyət, sosium olaraq bu əlaqələr, düşüncələr, psixologiyalar çox yaxındır. Ona görə də həm təbliğat, əks təbliğat baxımından, həm də cəmiyyətimizin inkişafı və yaxınlaşması baxımından sözügedən platforma böyük önəmə malikdir. Düşünürəm ki, bu media platforması da gələcək Türk ittifaqının elementlərindən biridir”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO