Xalq artisti Rafiq Hüseynov (Rəmiş) bu gün dəfn edilir.
Rakus.az xəbər verir ki, R.Hüseynov “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılır.
Xatırladaq ki, 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi. R.Hüseynov dünən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.