Dünya 04.08.2020 10:26

Riçard Hoqland: “Minsk qrupu Qarabağ problemini həll edə bilmir”

“Döyüşlər təmas xəttində deyil, Ermənistanın Azərbaycanla sərhədində baş verdi. Niyə bu indi baş verdi? Bu, hələ cavablandırılmamış əsas sualdır”.

Rakus.az xəbər verir ki, bu sözləri “Amerikanın səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirərkən deyib.

O bildirib ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə qeyri-rəsmi söhbəti olub:

“Hazırda onlar gərginlik zonasında müşahidə missiyası həyata keçirə bilmirlər. Minsk qrupu gərginliyi azaltmaq və status-kvoya qayıtmaq üçün çox səy göstərib. Ancaq onun təəssüf ki, məsələni həll etmək iqtidarında olmadığını hiss edirəm”, – Hoqland bildirib.

Onun sözlərinə görə, ən yaxşı niyyətləri olmasına, iştirakçı tərəflərin və Rusiya kimi böyük bir gücün dəstəyi olmasına baxmayaraq, Minsk qrupu, sadəcə, öz vəzifəsinin öhdəsindən gələ bilmir. Buna görə də Hoqland hesab edir ki, BMT prosesə aktiv şəkildə qoşulmalıdır:

“Şəxsən mən hesab edirəm ki, məsələ BMT-nin probleminə çevrilməlidir və yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə təşkilatın protektoratlığı altına buraxmaqdır. Sonradan, illər sonra, emosiyaların sakitləşəcəyi vaxtda hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcək üçün istəklərini ifadə edə bilərlər”.

R.Hoqland münaqişənin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi dörd qətnamə, müəyyən həll yollarını təklif edən Madrid prinsipləri əsasında həll edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Qarabağ münaqişəsinin həllində Rusiyanın roluna toxunan səfirbildirib ki, tarixi araşdırsaq, bir sıra aşkar halları aydın görmək mümkündür: “Əvvəla, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl SSRİ-nin dağılmasının ötən əsrin ən böyük fəlakəti olduğunu söyləyib. O, ara-sıra postsovet məkanı ölkələrinin – düşünürəm ki, həm Ermənistan, həm də Azərbaycanın – Rusiyanın xüsusi diqqət mərkəzində olduğunu vurğulayır. Bu zonada həll olunmamış münaqişələr çoxdur. Şəxsi fikrim budur ki, Rusiya həqiqətən bu münaqişəni həll etmək istəsəydi, bu istiqamətdə daha aktiv addımlar atardı. Eyni zamanda, Rusiya ilə Ermənistanın müttəfiq olduğu açıq şəkildə görünür, bu da Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir göstərir”.

Bu məsələdə Türkiyənin roluna gəlincə, Hoqland Türkiyənin Qarabağ münaqişəsində “birbaşa iştirakı” barədə heç bir dəlil və ya sübutun olmadığını qeyd edib: “Əlbəttə, hamımız bilirik ki, Azərbaycan və Türkiyə yaxın müttəfiqdir, amma Ermənistan və Rusiya da müttəfiqdir. Regionda bu vəziyyətdən faydalana biləcək başqa aktorlar da var”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO