Müğənni Rihanna sevgilisi, Səudiyyə Ərəbistanlığından olan milyarder Həsən Cəmildən ayrılıb.Rakus.az xəbər verir ki, 3 ildir sevgili olan cütlüyün ayrılma səbəbi hələ ki, açıqlanmır.
Xarici mənbələr nə Rihanna, nə də qarşı tərəfin bu haqda danışmaq istədiyini qeyd edir.
Sonuncu dəfə istirahət üçün İstanbula gedən cütlük orada açıqlamasında münasibətlərini rəsmiləşdirmək, övlad sahibi olmaq istədiyini vurğulamışdı.
Xatırladaq ki, Cəmil dünyanın ən böyük şirkətlərindən biri olan “Toyota”nın varisidir. “Forbes”in ən çox qazananlar siyahısında adı olan Həsənin illik gəliri 1,5 milyard dollar dəyərində qiymətləndirilir.