RÖYA : Mənim sevgilim olmasa, yaxşıdır - VİDEO
Əməkdar artist Röya Ayxan “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində qonaq olub.
Rakus.az xəbər verir ki, o, canlı efirdə əsəbiləşib.
Belə ki, musiqi avadanlığında yaranan texniki problemə görə “Afaki”ni canlı ifa edən sənətçinin səsi efirdə az eşidilib. Röya bəstəni oxuyub, bitirər-bitirməz ansamblını canlı efirdə pərt edib.
Röya daha sonra proqramın aparıcısı Tarix Əliyevin (Tolik) suallarını cavablandırıb. O, şou-biznesdə həmkarlarından öndə olmasınının səbələri açıqlayıb:
“Çox əziyyət çəkmişəm. Çəkilişə vaxtından tez gəlirəm, məsuliyyətli biriyəm. Kimdə bunlar yoxdursa, hər zaman arxadadırlar”.
“Kimin belə sevgilisi var” adlı yeni bəstəsini ifa edən Əməkdar artist sevgilisinin olmadığını etiraf edib:
“Mənim kimi qızın sevgilisi olmasa, yaxşıdır. Azad adamam, çərçivəni sevmirəm. Məni sıxsalar, öz hisslərimi boğub saxlayaram”.