Roza Afəti məhkəməyə verir
Müğənnilər Roza Zərgərli ilə Afət Fərmanqızı arasındakı qalmaqal daha da böyüyüb.
Rakus.az xəbər verir ki, , buna səbəb Afətin Rozanın illər əvvəl yayılan açıq-saçıq fotosunu İnstaqramda paylaşması olub.
Bu haqda sosial şəbəkədə yazan Zərgərli Afətin qanun qarşsıında cavab verəcəyini söyləyib:
“Afət Fərmanqızı, sizin İnstaqram hesabınızda paylaşdığınız şəklə görə – 3 il bundan əvvəl bəzi saytlar montaj olunmuş şəkil paylaşdıqları üçün (ekspert rəyi ilə) qanun qarşısında öz cəzalarını alıblar. Siz də bu saxta şəkli paylaşmaqla insanlarda fikir formalaşdırırsız, bu da ayrı bir cinayyət məsuliyyətidir və qəbahətdir. Buna görə cavabdehlik daşıyacaqsınız.
Sizə heç kim haqq verməyib ki, Azərbaycan Respublikasının sənətkarlarına ağzınıza gələn təhqirləri, natəmiz sözləri onlara qarşı səsləndirəsiz. Buna görə də ayrıca cavabdehlik daşıyacaqsız. Sizə çox yazığım gəlir, bilirsiz nəyə? Siz öz səhvlərinizi görmürsüz və elə bilirsiz hər hansı bir qadını alçatmaqla, siz gözdə qalxırsız. Bu sizin yalnışınızdır. Bu mənim sənə sosial media tərəfindən deyəcəyim son sözümdür, Afət Fərmanqızı”.
Xatırladaq ki, ifaçılar arasında qalmaqala səbəb Afətin xalq artisti Flora Kərimovanı təhqir etməsi olub. (Axşam.az)