Rüfət Axundov açıqlama verdi - VİDEO
Xəbər verdiyimz kimi, Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” televiziyasını cərimələyib. Buna səbəb əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik ifadələr işlətməsi olub.
Rakus.az xəbər verir ki, Rüfət Axundov video görüntü yayaraq bunun montaj olduğunu iddia edib. “Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mənim mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun” deyə, sənətçi açıqlamada yayıb. O daha sonra verilişdəki videonu yayımlayaraq, söyüşlərin montaj olduğunu iddia edib.
Həmin veriliş “myvideo”dan da dərhal silinib.
Xatırladaq ki, Rüfət fonoqramla mahnı oxuyarkən səs rejissoru mikrofonları bağlamağı unudub. Həmin an Rəşad və Rüfət qeyri-etik ifadələr işlədib və həmin səs efirə gedib.