Dünya 24.07.2020 13:25

Rus Patriarxı münaqişə tərəflərini dialoqa çağırdı

Moskva və bütün Rus Patriarxı Kirill Ermənistan-Azərbaycan münaqişəsi tərəflərini dialoqa çağırıb.

Rakus.az xəbər verir ki, Rus Pravoslav Kilsəsinin rəsmi saytında yayımlanan açıqlamada patriarx hər dəfə vəziyyətin kəskinləşməsini şəxsi ağrısı kimi qəbul etdiyini dilə gətirib.

“12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədində yenidən silahlı qarşıdurma başlanıb və bu da hər iki tərəfdən insan tələfatına səbəb olub.

Əsrlər boyu yan-yana yaşayan xalqların qarşıdurması 33-cü ildir davam edir. 1989-cu ildən bu münaqişəni sülh yolu ilə həll etmək üçün daim işlərdə iştirak edirəm.

Ermənistan və Azərbaycanın dini icmaları belə dialoqun qurulmasında təcrübə qazanıblar və hazırda dialoqa çox böyük tələbatat var. Sizi Qafqazdakı artan gərginlikdən bəhrələnən qüvvələrin istəklərinə əməl etməməyə çağırıram. Qafqazda yeni müharibə istər-istəməz bölgəni uzun müddət sülh və əmin-amanlıqdan məhrum edəcək hər cür terrorçu və ekstremisti cəlb edəcək”, – açıqlamada deyilir.

“Rus Pravoslav Kilsəsinin Qarabağ münaqişəsinin həllində üçtərəfli dialoq şəraitində uzunmüddətli sülhməramlı fəaliyyəti mənə Azərbaycanın və Ermənistanın dini liderlərinə müraciət etməyə imkan verir. Sizdən xahiş edirəm, əziz qardaşlar, görüşlərimizdə əldə etdiyimiz nailiyyətləri qoruyub saxlayaq”, – Patriarx Kirill deyib.

Onun sözlərinə görə, Rus Pravoslav Kilsəsi münaqişənin ən qısa zamanda sona çatması üçün dua edir: “Ümid edirik ki, bizə qardaş olan Ermənistan və Azərbaycan xalqları düşmənçiliyi dayandırmaq, etimadsızlıq səviyyəsini azaltmaq və fikir ayrılığı yaradan problemlərin qarşılıqlı məqbul həll yolları ilə nizamlanması üçün özlərində güc və müdriklik tapacaqlar”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO