Rusiya hökuməti istefaya getdi – YENİLƏNDİ
Bu gün Rusiya hökuməti tam tərkibdə istefa verib.
Rakus.az xəbər verir ki, Rusiya Hökumətinin sədri Dmitri Medvedev Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətindən sonra onunla görüşü zamanı hökumətin tam tərkibdə istefaya getdiyini bildirib.
O vurğulayıb ki, Prezidentin müraciətində verdiyi təkliflər müzakirələrdən sonra həyata keçiriləcək, Konstitusiyanın bir neçə maddəsinə düzəlişlər olunacaq, bütövlükdə hakimiyyət balansında dəyişikliklər baş verəcək. Bu baxımdan hökumətin istefa verməsi məqsədəuyğundur.
Rusiya Prezidenti Vladimir Putin hökumətin sədrinə və üzvlərinə təşəkkürünü bildirib. O, yeni təsis olunan Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini Dmitri Medvedevə təklif edib.
Xatırladaq ki, D.Medvedev 8 ilə yaxın müddətdə Rusiya Hökumətinin sədri vəzifəsində çalışıb. Hazırda istefaya gedən hökumət 2018-ci ildə formalaşdırılıb. Onun tərkibində hökumət sədrinin 10 müavini, bir birinci vitse-prezident və 22 nazir var idi.
18:30
Rusiya hökuməti istefaya gedib.
Rakus.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Baş nazir Dmitri Medvedev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə məlumat verib.