Dünya 21.02.2020 09:59

Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur – Hulusi Akar

“Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur. Görüşlər, danışıqlar davam edir”.

Rakus.az xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar “CNN Türk”ə müsahibəsində bu fikirləri bildirib.

Nazir deyib ki, Suriyanın şimalında Türkiyə ordusunun müşahidə məntəqələri fəaliyyətdədir və geri çəkilməyəcək: “Suriyada demokratik bir mühit nə zaman yaranarsa, Əsədin zülmü nə zaman bitərsə, Türkiyə ərazidən o zaman çəkiləcək. Orada insanların yaşadığı faciələrdən hər kəs xəbərdardır, Türkiyənin əzminə hörmətlə yanaşırlar, amma bunu təkcə sözdə yox, əməldə də göstərmək lazımdır”.

Hulusi Akar deyib ki, Türkiyə Silahlı Qüvvələri (TSK) Türkiyə Prezidentinin təlimatı üzrə hərəkət edir: “Suriya üzrə A, B, C planları hazırdır, yeri gəldikdə tətbiq olunar”.

Nazir bildirib ki, ölkəsinin hüquq və maraqlarını qorumaq baxımından, Rusiya, Çin və İran kimi ölkələrlə də Türkiyə öz maraqlarına əsaslanaraq əlaqələrini qurub: “Məsuliyyətimizi anlayırıq. Biz NATO üzvüyük. Bu görüşlər heç vaxt NATO-ya üzv olmağımıza qarşı deyil. Heç kim bizi kənarda tutmağa cəhd etməməlidir. NATO ilə bir problemi yaşamaq NATO-dan çıxmaq demək deyil”.

Türkiyənin silah ehtiyacı və silah dəstəyi mövzusuna da toxunan nazir S-400 zenit-raket sisteminin fəaliyyətə keçəcəyini, aprel ayından bu istiqamətdə yeni işlər görüləcəyini deyib: “Biz S-400-ü məcburiyyətdən aldıq. Çıxış yolu olsaydı, biz “Patriot” da alardıq. Çünki bizim yenə də havadan müdafiə sisteminə ehtiyacımız var. Bir məsələ də unudulmasın, biz F-35-lərin ortağıyıq, sifarişçisi deyil. Bizə qarşı atılan bu addımlar hüquqaziddir. Anlaşdıq və F-35-lər üçün 1,5 milyard dollar ödədik, 2,1 milyard dollara qədər də ödəmələrimiz var. Biz məsuliyyətimizi anlayıb, şərtlərə uyğun hərəkət edirik. ABŞ və digər ölkələri də öz məsuliyyətlərini anlamağa dəvət edirik”.

Hulusi Akar deyib ki, hazırda ABŞ-la əsas YPG/PKK məsələsi ilə bağlı anlaşılmazlıq var: “Barış bulağı” əməliyyatı terrorçuların terror dəhlizi yaratmaq planını pozub. Hazırda Türkiyənin nəzarətində olan “Barış bulağı” əməliyyatı bölgəsində hələ də terror hücumları davam edir, amma bu hücumlar getdikcə azalmaqdadır. Hətta məktəblərin bəziləri, məscidlər, kilsələr fəaliyyətə başladı, həyat bu ərazidə normallaşmağa doğru gedir”. (apa.az)

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO