Rusiya təyyarələri Trampı izləyib?
Ağ Evin Milli Təhlükəsizlik müşaviri Robert O`Brayan Rusiya təyyarələrinin “Açıq Səma Müqaviləsi” çərçivəsində ABŞ Prezidenti Donald Trampı izlədikləri haqqında açıqlama verib.
Rakus.az xəbər verir ki, R.O` Brayan bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.
“Onlar Ağ Ev və mülki infrastruktur üzərindən uçuşlar həyata keçirib, ABŞ prezidentinin hərəkət istiqamətini izləyiblər. Beləliklə, Rusiya tərəfi müqavilədən uyğun şəkildə istifadə etməyib”.
Məlumat üçün qeyd edək ki, “Açıq Səma Müqaviləsi” 1992-ci ildə 24 ölkə arasında soyuq müharibədən sonra Avropada etimadın möhkəmləndirilməsi tədbiri kimi imzalanıb. Hazırda 34 dövlət sazişin üzvüdür. Müqavilə iştirakçısı ölkələrin bir-birilərinin silahlı qüvvələri və hərbi fəaliyyətləri haqqında açıq informasiya toplamaq icazəsi var.